7-09-2023, 12:51 540

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib

Bu gün 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün ümumi müsahibə elanı verilib.

Bu barədə "AVESTA.AZ"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ümumi müsahibə elan edilən vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 29-u B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumilikdə, ümumi müsahibəyə çıxarılmış 38 vakant vəzifənin 1-i inzibati vəzifələrin dördüncü təsnifatına, 10-u beşinci təsnifatına, 1-i altıncı təsnifatına və 26-sı yeddinci təsnifatına aiddir. Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Turizm Agentliyi (14 vəzifə) tərəfindən təqdim olunub.

Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak etmək hüququna malikdirlər:

- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;

- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 7 sentyabr 2023-cü il tarixindən 6 oktyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Ümumi müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Namizədlər müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Paylaş

Xəbər lenti

"Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı Bu gün, 15:48 ADY: Yeni tədris ilinin ilk günündə qatarlarda rekord sayda sərnişin daşınıb Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan və BƏƏ həmfikir, strateji tərəfdaşdır Bu gün, 15:48 Seda Sayandan oğluna: "Ayıbdır, artıq evlənsin!" Bu gün, 15:48 "Badamlı" suyunu mamır basıb? - İDDİA Bu gün, 15:48 Kamran Əliyev Şamaxıda vətəndaşları qəbul edib Bu gün, 15:48 Bakıda AĞLASIĞMAZ QANUN POZUNTUSU - Qoşa xətti pozub qırıq-qırıq etdilər Bu gün, 15:48 Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib Bu gün, 15:48 Rusiyanın modernləşdirilmiş "Vampir" qumbaraatanı Afrikada ilk dəfə nümayiş etdiriləcək Bu gün, 15:48 Cəlilabadda 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıb Bu gün, 15:48 Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar Bu gün, 14:48 "Azərkimya"nın məhsulları bu ölkələrə ixrac olunur Bu gün, 14:48 ADMİU-nun tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI Bu gün, 14:48 SOCAR ABŞ universiteti ilə kadr potensialının inkişafını müzakirə edib Bu gün, 14:48 "Azərkimya"da 95 faizlik hazırlıq: Gələn il yeni işlər başlayır Bu gün, 14:48 Startap və KOB-larla dövlət qeydiyyatı sahəsində yeniliklər müzakirə olunub Bu gün, 14:48 Prezidentin sosial media hesablarında "Qobustan" GES-in açılışı ilə bağlı paylaşım edilib Bu gün, 14:48 Rüfət Axundovun qızı universitetə qəbul oldu Bu gün, 14:48 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ Bu gün, 13:48 "İrşad"da yeni tədris ilinə özəl "Yaşıl Cümə" fürsətləri başladı Bu gün, 13:48 Masazırda 5-ci sinif şagirdləri sinifsiz qalıb: "Təhsil almağa gəlirik, yoxsa parta daşımağa?" Bu gün, 13:48 Meyxanaçılar arasında DAVA: Balaəli həmkarına BUTULKA ATDI Bu gün, 13:48 Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub Bu gün, 13:48 Rusiyadan ABŞ-yə sərt reaksiya: "Kosmosda silahlanma qlobal təhlükəsizlik üçün riskdir" Bu gün, 13:48 Saturnun cənub qütbündə nəhəng 10 tərəfli atmosfer dalğası aşkarlanıb Bu gün, 13:48 ABŞ orbitə kosmik silah yerləşdirdi - təfərrüatlar açıqlanmadı Bu gün, 13:48 Hüceyrələrin erkən qocalması 55 yaşadək xərçəng riskini 15%-dək artıra bilər Bu gün, 13:48 Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb Bu gün, 13:48 Rusiyada isti hava dalğaları daha da güclənəcək Bu gün, 13:48 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb Bu gün, 12:48 SOCAR zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir Bu gün, 12:48 "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoruna hökm oxunub Bu gün, 12:48 Kubanıçbek Omuralıyev: "TDT-də loqistika, nəqliyyat, investisiya sahələrinə xüsusi diqqət yetirilir" Bu gün, 12:48 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü Bu gün, 12:48 İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib Bu gün, 12:48 Göygöldə "Chevrolet" aşdı - Yaralıların vəziyyəti açıqlandı Bu gün, 12:48 "Qobustan" GES hər il 200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcək Bu gün, 12:48 Firudin Qurbanov: Türkiyədə xaricdə təhsil proqramı üzrə 197 azərbaycanlı gənc təhsil alır Bu gün, 12:48 "Azərkimya" istehsal gücündən 85%-dən çox istifadə edəcək Bu gün, 12:48 Yol polislərimiz Belarusda qalib oldular Bu gün, 12:48 "Azərkimya" məhsullarının ixracında əsas hədəf Avropa bazarıdır Bu gün, 12:48 "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında hakim səhvi: AFFA rəsmisi təsdiqlədi Bu gün, 12:48 Hafiz Həsənova HÖKM OXUNDU: 400 min dollar necə leqallaşdırılıb? Bu gün, 12:48 Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib Bu gün, 11:48 "Lux Residence" - Yaşayış və biznes üçün doğru məkan Bu gün, 11:48 Qubada bir neçə bələdiyyənin adı dəyişdirilir Bu gün, 11:48 Azərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA Bu gün, 11:48 İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR