7-09-2023, 18:09 716

Ankarada “Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib - YENİLƏNİB

Bu gün Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş İnsanları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiyə-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə “Şeraton” oteldə baş tutan konfransda əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə təşkilatçılar tərəfindən hazırlanmış "Heydər Əliyevin 100" və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri, professor Sudeif İmamverdiyev və Türkiyədə Azərbaycan İş insanları Birliyinin rəhbəri Elşən Quliyevin salamlama nitqinin ardınca konfransın çıxışlar hissəsinə keçid alınıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş çıxışında Azərbaycan - Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edərək Prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslərin taclandırıldığını vurğulayıb. Türkiyə parlamentinin sədri onu da qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ürəkaçan səviyyəsi Türkiyə yüz ilinə böyük töhfədir, həmçinin türk dünyasının yeni yüz ilinin başlanmasının da təməlini qoyur.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müvini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb.

Milliyyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydın da çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib.

Daha sonra çıxış edən Azərbaycan parlamentinin Səhiyyə komissiyasının sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA Akademiyasının dorektoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin Bütün türk dünyasına nümunə olduğunu qeyd edərək prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.

Konfransda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, AK Parti sədrinin birinci müvini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyyətçi Hərəkat Partiyasının sədr müvavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.

16:35

Ankarada “Türkiyə-Türk Dünyası Yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilir.

“Report” xəbər verir ki, toplantı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunub.

Konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, Azərbaycan Milli Məclisinin deputatları Rəşad Mahmudov, Ramil Həsən və başqaları iştirak edib.

N.Kurtulmuş bildirib ki, Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycana yox, bütün türk dünyasına böyük miras qoyub.

O vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə inkişaf edir: "Bunun bütün türk dünyasına nümunə olacağına inanırıq".

N.Kurtulmuş deyib ki, Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir: “Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik erməni işğalına son verib. Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə Qarabağ abad olacaq”.

Natiq eyni zamanda Cənubi Qafqazda sabitliyin təmin olunacağına ümidini ifadə edib: “Bu, Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində mümkün olacaq”.

Konfrans çıxışlarla davam edib.

Paylaş

Xəbər lenti

Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA Bu gün, 19:48 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib Bu gün, 19:48 Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib Bu gün, 19:48 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər Bu gün, 19:48 ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib Bu gün, 19:48 Bakıda bu ərazilərdə yeni parklar salınacaq - Süni göllər, tennis kortları... Bu gün, 19:48 Bakıda ICESCO-nun "Sülh kitabı"nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub Bu gün, 19:48 38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu Bu gün, 18:48 Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib Bu gün, 18:48 İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb Bu gün, 18:48 Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib Bu gün, 18:48 Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı Bu gün, 18:48 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi Bu gün, 17:49 Bakıda vəzifəli şəxs işdən azad edildi Bu gün, 17:49 Azərbaycan Məkkə Konvensiyasına qoşulub Bu gün, 17:48 Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi? Bu gün, 17:48 Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq Bu gün, 17:48 Azərbaycanda dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişib Bu gün, 17:48 Bərdə hücumunun şahidləri danışırlar: "Qızının dilindən "ata" sözünü eşidə bilmədi" Bu gün, 17:48 İsa Həbibbəyli: "Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən cinayət hərəkətlərinə yol verib" Bu gün, 16:48 İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür Bu gün, 16:48 İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb Bu gün, 16:48 "Nar" AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi Bu gün, 16:48 AQTİ Xırdalanda yeni laboratoriya kompleksi tikdirəcək Bu gün, 16:48 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman Bu gün, 16:48 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb Bu gün, 16:48 Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR