8-09-2023, 15:56 423

Şər üçbucağının yeni məkri - İran, Fransa və Hindistan Ermənistanı müharibəyə sürükləyir -RƏY

“Ermənistanla Azərbaycan arasında genişmiqyaslı əməliyyatların başlanması, əlbəttə, realdır. Beynəlxalq sifarişçilər - İran, Fransa və Hindistan İrəvandan bunu tələb edirlər. Onlar öz maraqları, o cümlədən, dünyanın yenidən bölüşdürülməsi prizmasında Azərbaycan, Türkiyə və Rusiyaya rəqib gözü ilə baxırlar”.

Bunu “Report”a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.

O bildirib ki, erməni lobbisi və beynəlxalq media da qarşı tərəfi dəstəkləyir: “Saxta beynəlxalq hüquqi əsas yaratmağa çalışırlar. Ermənistanın indiki hakimiyyəti onu müharibəyə sövq edən tərəflərlə "paslaşır". Qərb dairələri bölgə üçün yeni ssenari hazırlayıb. Bütün bunlar onu deməyə əsas verir ki, yeni müharibə başlayacaq. Ehtimal edilən savaşda məqsəd Ermənistanın qurban verilməsi hesabına Azərbaycan, Türkiyə və Rusiyanın bölgədəki təsir dairəsinin zəiflədilməsidir”.

Ekspertin sözlərinə görə, ehtimal edilən müharibənin nəticəsi indidən məlumdur: “Savaşın nə zaman başlayacağı ilə bağlı konkret proqnoz vermək doğru olmaz. Amma uzaq gələcəkdə baş verməyəcək. Ermənistan bu müharibədə, sözsüz ki, məğlubiyyətə uğrayacaq. Hazırda davam edən oyunların əsas məqsədlərindən biri də Ermənistan-Azərbaycan şərti sərhədinə Fransa qoşunlarının yerləşdirilməsidir. Bunu BMT çətiri altında həll etmək mümkün deyil. Amma NATO və Avropa İttifaqında sözügedən niyyət üçün səylər göstəriləcək”.

Ə.Əlibəylinin fikrincə, hazırda baş verənlər ağır hərbi toqquşmanın başlanacağına dəlalət edir: “Rusiya ilə Ermənistan arasında davam edən gərginlik bizim xeyrimizədir. Tərəflər tarixinin ən gərgin mərhələsindən keçirlər. ABŞ da bu gərginlikdə maraqlıdır. Vaşinqton Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ələ salır, Ermənistandakı Rusiya hərbi bazasını görməzdən gəlir, İrəvanla əlaqələri gücləndirir. Bütün bunlar perspektivdə Rusiyanın Ermənistanı ağır formada cəzalandırması ilə nəticələnə bilər”.

Politoloq deyib ki, ehtimal olunan müharibə nəticəsində Ermənistan məğlub olarsa, bu, baş nazir Nikol Paşinyanın hakimiyyətinə o qədər də təsir etməyəcək: “Biz İkinci Qarabağ müharibəsində də oxşar ssenarini gördük. Paşinyan məğlub olsa da, hakimiyyətini qorudu. İndiki situasiyada da həmin ssenari təkrarlana bilər. Bunun əsas səbəbi daxildəki müxalifətin zəif olması, həlledici şəxslərin ələ alınmasıdır. Amma, əlbəttə, Rusiya faktorunu da görməzdən gəlmək olmaz. Rəsmi Moskva Ermənistandakı proseslərə müdaxilə edərsə, bu halda Paşinyan hakimiyyətdən gedə bilər”.

O, həmçinin, ehtimal olunan müharibənin hərbi nəticələri haqqında da proqnozlarını bölüşüb: “Xankəndidə hərbi təyinatlı addımların atılması suveren hüququmuzdur. Beynəlxalq hüquq da buna imkan verir. Əsas məsələ Zəngəzurla bağlıdır. Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret öhdəlikləri var. Amma bu öhdəliyini indiyədək yerinə yetirməyib. Onu da deyim ki, Ankara və Moskva Zəngəzur əməliyyatına qarşı deyil. Əsas çətinlik beynəlxalq ictimaiyyətin və İranın mövqeyi ilə bağlıdır”.

Paylaş

Xəbər lenti

Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram" Bu gün, 01:48 Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb Bu gün, 00:48 Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib Dünən, 23:48 Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı Dünən, 23:48 Sahil Babayev: "4 ayda Azərbaycan neftinin orta qiyməti 91,5 dollar olub" Dünən, 23:48 XİN: Azərbaycan Qırğızıstanla sıx tərəfdaşlığın dərinləşdirilməsinə sadiq qalır Dünən, 23:48 Emin Ağalarov: "Sea Breeze" beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir" Dünən, 23:48 Azərbaycanda maliyyə xidməti kanalları bütün iqtisadi rayonlarda mövcud olacaq Dünən, 23:48 9 illik orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanların nəticələri elan olunub Dünən, 22:48 Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır" Dünən, 22:48 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi Dünən, 22:48 DÇ-2026-da oynamayacaq ulduz futbolçular – Siyahıda 17 məşhur ad var Dünən, 22:48 Ceyhun Bayramov İshaq Darla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 22:48 Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub Dünən, 21:48 Dövlət Proqramı kənd təsərrüfatında yeni inkişaf mərhələsinə şərait yaradacaq Dünən, 21:48 Səhər yeməyindən imtina bu xəstəliyə yol açır - XƏBƏRDARLIQ Dünən, 21:48 Təcili yardım xidməti beşgünlük gücləndirilmiş iş rejiminə keçir Dünən, 21:48 Qu Donqyu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Dünən, 21:48 "Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək Dünən, 21:48 Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Dünən, 20:48 WSJ: ABŞ hərbçiləri gəmilərin Hörmüzdən müşayiətini bərpa edib Dünən, 20:48 İlham Əliyev: Azərbaycan və İran hər zaman bir-birinin yanındadır Dünən, 20:48 Bayram günlərində otel və istirahət mərkzələrində qiymətlər necə dəyişir? Dünən, 20:48 Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb Dünən, 20:48 İyunda hava necə olacaq? - PROQNOZ Dünən, 19:49 İspaniya Kralı Müstəqillik Günü münasibətilə İlham Əliyevi təbrik edib Dünən, 19:48 Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq Dünən, 19:48 Məsud Pezeşkian Azərbaycanın göstərdiyi humanitar yardımlara görə İlham Əliyevə təşəkkür edib Dünən, 19:48 Güclü yağışlar bu yay meyvə və tərəvəzin qiymətinə necə təsir edəcək? - VACİB AÇIQLAMA Dünən, 19:48 Ermənistanda seçkiqabağı cinayət işləri üzrə 86 nəfər saxlanılıb Dünən, 19:48 Leyla və Arzu Əliyevalar Lənkəranda şəhid ailəsini ziyarət ediblər Dünən, 19:48 Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb Dünən, 19:48 İlk dəfə sertifikasiya olunacaq müəllimlərin DİQQƏTİNƏ! Dünən, 18:48 Donald Tramp İlham Əliyevi təbrik edib Dünən, 18:48 "Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb Dünən, 18:48 Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi Dünən, 18:48 Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər Dünən, 18:48 Emmanuel Makron İlham Əliyevi təbrik edib Dünən, 18:48 Azərbaycan-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi qüvvəyə minib Dünən, 17:48 Prezident bir sıra məhkəmələrə sədr təyin edib Dünən, 17:48 Rauf Əliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Dünən, 17:48 ETX: "Azərpoçt" adından saxta SMS-lər göndərilir Dünən, 17:48 Prezident üç nəfər dövlət mükafatı verdi Dünən, 17:48 MİDA banklardakı 105 milyon manatdan çox depozitini geri götürüb Dünən, 17:48 Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur Dünən, 17:48 Vitamin B2 ilə bağlı ŞOK ARAŞDIRMA Dünən, 17:48 Aprelin 26-da keçirilən buraxılış imtahanında dörd nəfər 300 bal toplayıb Dünən, 17:48 Qubada itkin düşən 36 yaşlı qadın axtarılır Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR