
Fransanın cənubunda yüksək sürətlə hərəkət edən gəzinti katerinin dayverlərin qayığına çırpılması nəticəsində 12 nəfər yaralanıb.
"AVESTA.AZ" radiostansiyasına istinadən xəbər verir ki, hadisə Marsel yaxınlığında, Aralıq dənizində baş verib.
İlkin məlumatlara görə, göyərtəsində yeddi turistin olduğu qayığın idarəetməsi itirilib və yüksək sürətlə Kruazet burnu yaxınlığında sahildən 900 metr aralıda 14 nəfərin olduğu taxta gəmiyə çırpılıb. Zərbə sonucunda ikincinin daxması dağılıb və kapitan dənizə atılıb. Ürəyi dayandığı üçün xilasedicilər onu reanimasiya etməli olublar.
"İki gəmidə olan 21 nəfərin hamısı qurtarılıb", - radiostansiya hökumətdəki mənbəyə istinadən bildirib. Axtarış-xilasetmə əməliyyatlarına ümumilikdə 10 gəmi və xilasetmə xidməti, jandarm və polis qüvvələri cəlb olunub.
Marsel merinin köməkçisi Erve Manşon turistlərin olduğu qayığın kapitanının saxlanıldığını açıqlayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.