11-09-2023, 11:35 527

Polşada keçirilən konfransda İranın güney azərbaycanlılara qarşı repressiya siyasəti müzakirə olunub

Topçubaşov Mərkəzi Polşanın Karpaç şəhərində baş tutan 32-ci İqtisadi Forumda “İranda insan hüquqlarının vəziyyəti: etnik azərbaycanlıların nümunəsində” adlı panel keçirilib.

“Report” xəbər verir ki, dünyanın müxtəlif yerlərindən nüfuzlu ekspertləri bir araya toplayan bu forumda çıxış edən Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov Məhsa Əmininin öldürülməsi ilə İran daxilində başlanan etirazların yeni dinamikasının formalaşmasına və nəticədə müxtəlif etnik qrupların, xüsusən də güney azərbaycanlıların insan hüquqlarının pisləşməsinə diqqət çəkib.

Onun sözlərinə görə, İranda güney azərbaycanlılara qarşı baş verən ayrı-seçkilik beynəlxalq səviyyədə kifayət qədər öyrənilmir və müzakirə olunmur. Odur ki, təşkil olunmuş panel bu istiqamətdə daha çox müzakirələrə yol açmağı hədəfləyir.

Vaşinqton Universitetinin (Sietl, ABŞ) tədqiqatçısı Ramin Cabbarlı, öz növbəsində, İranda onilliklər ərzində güney azərbaycanlılara qarşı diskriminativ münasibət və onun müxtəlif aspektləri olan farslaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi, ana dilində təhsilin olmaması, iqtisadi ayrı-seçkilikdən bəhs edib.

Panelin digər iştirakçısı, Toronto Universitetinin tədqiqatçısı Türkan Bozqurd isə çıxışında “gender aparteid”i və “mizoginist siyasəti” ilə tanınan İranda etnik qrupların hüquqlarının gender aspektlərinə diqqət yetirib: “Bu kontekstdə İrandakı azərbaycanlı qadınlar təkcə cinsinə görə deyil, həm də etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliklə üzləşirlər”.

Aylarla davam edən Məhsa Əmini etirazları zamanı həbs edilən, işgəncələrə məruz qalan və öldürülən qadınların geniş məlumatlarını insan hüquqları hesabatlarında toplamış T.Bozqurd sözügedən etirazların simvollarına çevrilmiş Hadis Nəcəfi və Elnaz Rekabi kimi nüfuzlu azərbaycanlı qadınları da xatırladıb.

Bir vaxtlar ən böyük duzlu göllərdən biri sayılan Urmiya gölünün tədricən quruyub yoxa çıxması ilə bağlı bu yaxınlarda "Nyuizuik" jurnalında məqalə yazmış digər natiq Cozef Epsteyn bu ekoloji fəlakətin əhəmiyyətini, mümkün siyasi, iqtisadi və demoqrafik nəticələri barədə danışıb. Onun sözlərinə görə, azərbaycanlıların məskunlaşdığı əyalətdə yerləşən göldə suyun səviyyəsi bu sürətlə azalmağa davam edərsə, bu, tarixdə ikinci ən böyük əhali köçünə səbəb ola bilər.

C.Epsteyn həmçinin ABŞ-da Güney Azərbaycan məsələsinin kifayət qədər müzakirə olunmamasına diqqət çəkərək, ABŞ siyasi dairələrinə təsir edə bilmək üçün Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Tel-Əviv Universitetinin Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı Hay Eytan Koen Yanarocaq isə daha çox Güney Azərbaycan məsələsinin Yaxın Şərq və Qafqaz kontekstində geosiyasi çəkisi barədə danışıb. O bildirib ki, bu mövzu Tehranın bölgədəki xarici siyasətini formalaşdıran amillərdən olub, onun şimal qonşusu Azərbaycana qarşı iddialı və bəzən qeyri-dost münasibətin, eləcə də Azərbaycana qarşı Ermənistanla tərəfdaşlıq kimi geosiyasi ititfaqların yaradılmasına təsir edir.

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR