
“Nine Senses” incəsənət mərkəzində kosmoqraf və astropsixoloq Fərhad Sadıxovun “Həyat dairəsi” adlı sərgisinin açılışı olub.
“Report” xəbər verir ki, bu, oktyabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Nine Senses Fest” böyük beynəlxalq festival ərəfəsində ilk tədbirdir və bu tədbirlə festivalın təməl daşı qoyulub. İncəsənət mərkəzi beynəlxalq və azərbaycanlı ekspertlərlə görüşlərin keçiriləcəyi, təcrübə mübadiləsi aparılacağı, onların fiziki və mənəvi təcrübələrinin bölüşüləcəyi məkana çevriləcək.
“Əsas məqsədimiz Azərbaycanı minillik ənənələrə, zamanın sınağından çıxmış dəyərlərə, eləcə də biznesə, təhsilə və özünüinkişafa müasir yanaşmalara malik bir dövlət kimi dünyaya tanıtmaqdır. Bundan əlavə, biz qarşılıqlı hörmət, maraq və qonaqpərvərliyə əsaslanan mədəniyyətlərarası ünsiyyət platforması yaratmaq istəyirik.
Biz qonaqlara müxtəlif növ sağlamlıq, idman və tarixi-mədəni turizm fəaliyyətlərini təqdim etmək istəyirik. Bir çox qədim təlimlərin və dinlərin vətəni olan Azərbaycanın qüdrətini dünyaya göstərmək, insanları ölkənin mədəni ənənələri, həmçinin milli mətbəximizlə tanış etmək bizim üçün vacibdir”, - “Nine Senses” incəsənət mərkəzinin akademik direktoru və sərginin kuratoru Natalya Jukova bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.