
Azərbaycan Xarici İşlər Nazirliyi Liviyaya başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir:
"Liviyada böyük insan tələfatına səbəb olan güclü daşqınlarla bağlı dağıdıcı xəbər bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik. Bu çətin zamanda dualarımız sizinlədir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.