14-09-2023, 00:07 432

Daimi Nümayəndəlik: Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir

"Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir".

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.

Şərhdə bildirilir ki, Ermənistan xarici işlər nazirinin bu ilin iyulunda etdiyi son çıxışından sonra rəsmi İrəvandan konstruktiv yanaşma gözlənilirdi:

“Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə, öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası aparır. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannaməyə əməl etməkdən boyun qaçırır”.

“Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model – danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır”, - Daimi Nümayəndəlik qeyd edib.

Bəyanatda vurğulanır ki, bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları müxətlif bəhanələrlə pozub:

“Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır. Demək olar ki, 10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var. Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni səngərlər qazır, istehkamlar tikir”.

Daimi Nüməyəndəlik beynəlxalq ictimaiyyəti və ATƏT-in iştirakçısı olan dövlətlər Ermənistanı sülh danışıqlarına təşviq etmək üçün zəruri təcili tədbirlər görməyə çağırıb:

“Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur. Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmalıdır”.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR