
Naxçıvanda növbəti dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib.
Hərracda Muxtar Respublikanın Culfa rayonu ərazisində yerləşən “Əlincəçay" çınqıl-qum qarışığı yatağında 6,9 hektar sahə satışa çıxarılıb.
Çınqıl-qum yatağı “Arkoz inşaat” şirkəti tərəfindən 34 min 500 manata alınıb.
Qeyd edək ki, yatağın istismar müddəti 20 ilədəkdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.