
Naxçıvan şəhərinin 3-cü mikrarayon ərazisində Babək küçəsində magistral su xəttində qəza baş verib
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.
Qəzaya görə 3-cü mikrarayon ərazisinə suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.
Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.