
“Mərkəzi Asiya qlobal Şimal və Cənubu, Qərb və Şərqi birləşdirən yolların kəsişməsindədir”.
“Report” "Akorda"ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı deyib.
"Bu, bizim üçün geniş prespektivlər açan ciddi üstünlükdür. İndiki mərhələdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) xüsusi rol oynayır", - o bildirib.
Onun sözlərinə görə, ortamüddətli perspektivdə bu dəhliz üzrə yük daşımaların həcmi 5 dəfə artırıla bilər: "Biz rəqəmsal həllərin tətbiqi və infrastrukturun modernləşdirilməsi yolu ilə onun imkanlarını sistemli şəkildə artırmaq niyyətindəyik. Regiondaxili ticarət maneələrinin aradan qaldırılması üçün nəqliyyat və logistika infrastrukturunun gələcək inkişafı üzrə qardaş dövlətlərlə birgə işi davam etdirmək bizim üçün son dərəcə vacibdir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.