
Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.
"Report" xəbər verir ki, toplantıda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Anti-terror mərkəzinin məsul şəxsləri iştirak edirlər.
Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.
Daha sonra təşkilat tarixində ilk dəfə olaraq yüksək səviyyəli tədbirin Bakıda təşkilindən məmnunluğunu ifadə edib.
K.Əliyev iclasın iştirakçı ölkələrin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, asayişin təmini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın inkişafına əlavə təkan verəcəyini vurğulayıb.
Qeyd edək ki, Moldova və Ermənistan nümayəndələri iclasda iştirak etmirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.