
İpoteka Kredit və Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat və ya 9,8 % artırılaraq 980,7 milyon manata çatdırılıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana görə, nizamnamə kapitalının artırılması 2023-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manatla təmin ediləcək. Maliyyə Nazirliyinə maliyyələşmənin təmin edilməsi tapşırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.