16-09-2023, 13:22 532

Milli Məclisin sədri G77+Çin Sammitində Azərbaycanın qlobal təşəbbüsləri barədə danışıb

Azərbaycan Davamlı İnkişaf üzrə 2030 Gündəliyinin həyata keçirilməsinə sadiqdir. BMT-yə üç Könüllü Milli İcmal Hesabatı təqdim etmiş ölkələr siyahısında məhz Azərbaycan region ölkələri arasında birinci, dünyada isə 12 ölkədən biridir.

Milli Məclisdən "Report"a bildirilib ki, bunu parlamentin sədri Sahibə Qafarova Kuba Respublikasında keçirilən G77+Çin Sammitinin ümumi müzakirələrində çıxışı zamanı deyib.

Azərbaycan hökumətinin DİM məqsəd və hədəflərini milli inkişaf planlarına və strategiyalarına daxil etdiyini bildirən parlamentin spikeri, elm, texnologiya və innovasiyaların inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm alətlər hesab olunduğunu bildirib. Sahibə Qafarova qeyd edib ki, dialoqun, həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxtərəfliliyin gücləndirilməsi hər zaman Azərbaycanın qlobal baxışının hərəkətverici qüvvəsi olub. O, qeyd edib ki, BMT Baş Assambleyasının COVID-19 üzrə xüsusi sessiyasının keçirilməsi, peyvəndlərə bərabər və universal çıxış haqqında BMT qətnamələrinin qəbul olunması Azərbaycanın əksər üzvləri inkişaf etməkdə olan ölkələrdən ibarət Qoşulmama Hərəkatında sədrliyinin mühüm nəticələrindən biridir. Ölkəmiz həmçinin 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılmasına dair təşəbbüslərdən sonra hazırda Qoşulmama Hərəkatının qadın platformasının yaradılması üzərində işləyir. Bu, inkişaf məqsədlərinin həyata keçirilməsinə qadınların, gənclərin və parlamentarilərin verdiyi töhfələrin təsdiqidir.

Spiker deyib ki, 2023-cü ilin sonuna qədər Qoşulmama Hərəkatı – G77 Birgə Koordinasiya Komitəsinin işinin canlandırılması Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin daha bir mühüm mərhələsi ola bilər. Bu, artan qarşılıqlı dəstəyi, birgə səyləri və inkişaf etməkdə olan ölkələrin daha yaxşı qarşılıqlı fəaliyyətini təmin edə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun ölkəmizdə keçirilmiş sammit səviyyəli görüşü çərçivəsində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan parlamentin spikeri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb. Azərbaycan ilk donor kimi hər iki Qlobal Çağırış üçün 1 milyon ABŞ dolları ayırıb. Azərbaycan tərəfindən 130-dan çox ölkəyə edilən beynəlxalq yardım insan və institusional potensialın yaradılması, qabaqcıl təcrübə mübadiləsi yolu ilə yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafın dəstəklənməsinə yönəlib.

Azərbaycanın 2018-2023-cü illər ərzində əsasən G77 Qrupuna daxil olan 83 ölkədən olan tələbələrə tam ali təhsil təqaüdü verdiyini deyən Sahibə Qafarova bildirib ki, ölkəmiz Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir.

Paylaş

Xəbər lenti

Rol aldıqları "Bunker" 16 dəqiqə 30 saniyə alqışlandı Bu gün, 13:48 İrandan Azərbaycana 84 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Bu insanlar arxası üstdə yatmamalıdırlar Bu gün, 13:48 Azərbaycanda muzdla çalışanların sayı 1,78 milyona çatıb Bu gün, 13:48 Afaq Gəncəli 49 yaşını xanımlarla qeyd etdi Bu gün, 13:48 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü" Bu gün, 13:48 Xocalıda mina hadisəsində yaralanan ANAMA əməkdaşının ayağı amputasiya edilib Bu gün, 12:48 "Arka Sokaklar"ın aktrisasından Kıvançla bağlı ŞOK ETİRAF Bu gün, 12:48 Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazanıb Bu gün, 12:48 Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 12:48 Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib Bu gün, 12:48 Cəbrayılda minaya düşərək həlak olan Raqif İsayev şəhid statusu aldı Bu gün, 12:48 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi" Bu gün, 12:48 Təbii inhisar subyektləri ilə bağlı müraciətlərin statistikası Bu gün, 12:48 Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu Bu gün, 12:48 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibini təbrik edib Bu gün, 12:48 İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib Bu gün, 12:48 2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu Bu gün, 12:48 XİN başçısı: Təhsil Azərbaycanın beynəlxalq yardımının mühüm istiqamətinə çevrilib Bu gün, 11:48 "Kəlbəcər" tankeri 5 ildə 446 min tondan çox neft daşıyıb Bu gün, 11:48 69 yaşlı Mehmet Ali Erbil infarkt keçirdi Bu gün, 11:48 Emin Əmrullayev beynəlxalq əməkdaşlıqda təhsilin rolundan danışıb Bu gün, 11:48 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var Bu gün, 11:48 Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb Bu gün, 11:48 UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turu bu gün başa çatır Bu gün, 11:48 Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər Bu gün, 11:48 Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi Bu gün, 11:48 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur Bu gün, 11:48 Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb Bu gün, 11:48 "Nizami City" – şəhərin mərkəzində yeni yaşayış standartı və sərfəli investisiya! Bu gün, 11:48 Şəkidə "Zipline" faciəsində 2 nəfərin ölümünə səbəb olan şəxslər araşdırılır Bu gün, 10:48 Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib Bu gün, 10:48 Qaxda BMW ağaca çırpıldı Bu gün, 10:48 AQTA-dan heyvanlarla bağlı XƏBƏRDARLIQ Bu gün, 10:48 Kolleclərdə boş qalan yerlərə ixtisas seçiminin SON GÜNÜDÜR Bu gün, 10:48 44 milyonluq qızılı ilə gündəm olan Çağla Öz də saxlanıldı Bu gün, 10:48 ABŞ-İran müharibəsi 2029-cu ilə qədər davam edə bilər Bu gün, 10:48 Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur Bu gün, 10:48 Ceyhun Bayramov: Azərbaycan 2020-ci ildən etibarən beynəlxalq yardıma təxminən 400 milyon dollar yönəldib Bu gün, 10:48 Naxçıvanda bəzi ərazilərdə qaz təchizatı dayandırıldı Bu gün, 10:48 Bakı, Ağdaş, Tərtər və Yevlaxın bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 09:49 İrandan ABŞ-nin İordaniyadakı bazasına zərbə: hərbi təyyarələrə ziyan dəyib Bu gün, 09:48 Tramp: Venesuela nefti ABŞ üçün 500 il kifayət edə bilər Bu gün, 09:48 "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək Bu gün, 09:48 Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı Bu gün, 09:48 Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı Bu gün, 09:48 Azərbaycan universitetlərində 120-yə yaxın ölkədən tələbə təhsil alıb Bu gün, 09:48 Xocalıda mina partladı: 1 nəfər xəsarət aldı Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR