
Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə daxil olmasına qadağa qoyulmasına dair qərar qəbul edib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sentyabrın 8-də Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı ölkələri ərazisinə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib: “Həmin qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.