3-08-2022, 17:50 1228

I və IV ixtisas qruplarına tələbə qəbulunun nəticələri

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 25340 abituriyentdən (I qrup üzrə 21278 nəfər, IV qrup üzrə 4062 nəfər) 468 nəfəri (I qrup üzrə 414 nəfər, IV qrup üzrə 54 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib. İmtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

İmtahanlarda 400 bal toplayan şagirdlərin oxuduqları məktəblərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 avqust 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4 avqust saat 10:00-dan 6 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi 16-28 avqust tarixlərində olacaq.

Paylaş

Xəbər lenti

Azərbaycanda 12 minə yaxın ailə "Güzəştli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 12:48 Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir Bu gün, 12:48 SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib Bu gün, 12:48 Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm" Bu gün, 12:48 Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir Bu gün, 12:48 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub Bu gün, 12:48 MİDA: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir Bu gün, 12:48 Siqaret qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək Bu gün, 12:48 Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar Bu gün, 12:48 Şənbə günü 35 dərəcə isti olacaq Bu gün, 12:48 Daha 2 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 12:48 PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı Bu gün, 11:49 "Mançester Yunayted"in "Sabah"la oyun üçün iştirak ərizəsi açıqlanıb Bu gün, 11:49 Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər Bu gün, 11:49 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı Bu gün, 11:48 MİDA 3 rayonda mənzillər satışa çıxardı Bu gün, 11:48 Qızıl və gümüşün qiyməti açıqlanıb Bu gün, 11:48 Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi Bu gün, 11:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəşli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 11:48 Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZA Bu gün, 11:48 Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb Bu gün, 10:48 "Azərsun Holdinq"  "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib Bu gün, 10:48 Xırdalanda obyektdə baş verən güclü yanğın söndürüldü Bu gün, 10:48 Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Bu gün, 10:48 İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır Bu gün, 10:48 Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb Bu gün, 10:48 ABŞ-də hərbçilərin peyvənddən sonra ölüm halları araşdırılır Bu gün, 10:48 Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var Bu gün, 10:48 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA Bu gün, 09:48 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir Bu gün, 09:48 İlham Əliyev Corcia Melonini təbrik etdi Bu gün, 09:48 Messinin illər əvvəl etdiyi yaxşılıq üzə çıxdı: "Mənə və uşaqlarıma həyat verdi" Bu gün, 09:48 Azərbaycanda qeydiyyatsız əmlakların sənədləşdirilməsi asanlaşa bilər Bu gün, 09:48 Tramp: İspaniya məhv olacaq Bu gün, 09:48 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq Bu gün, 09:48 Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ağa Hacıbəyli: "Müasir insan özünü tənha yaşamağa məhkum edib" Bu gün, 08:48 Xırdalanda obyektdə yanğın baş verib Bu gün, 08:48 "35 ildir qaz görməmişəm" - Qəbələ sakinlərindən ŞİKAYƏT Bu gün, 08:48 Anar Bayramov Təranə Axundovaya yüksək VƏZİFƏ VERDİ Bu gün, 08:48 Vens: ABŞ faktiki olaraq 65 milyard barel neft ehtiyatı yaradır Bu gün, 00:48 Yeni mövsümdə varlanacaq bürclər Bu gün, 00:48 Tarixdə ilk: Dünyada yaşlı insanların sayı uşaqları geridə qoydu Dünən, 23:48 Ermənistanda məhkəmə deputat Artur Sarkisyanın ev dustaqlığını daha iki ay uzadıb Dünən, 23:48 "The Times": Böyük Britaniyada vəsaitə qənaət üçün irimiqyaslı hərbi təlimlər ləğv edilir Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR