10-05-2022, 19:49 1288

Buraxılış imtahanlarının nəticələri

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 16-17 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Bu barədə DİM məlumat yayıb.

İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44856 nəfərdən 522 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 19 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 may saat 10:00-dan 17 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Paylaş

Xəbər lenti

Bakının bu hissəsində yol hərəkətinin təşkili dəyişir Bu gün, 13:48 Ata Bakıda evini satmaq istədi, oğlu tərəfindən döyüldü Bu gün, 13:48 Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq Bu gün, 13:48 Trampın portreti əks olunan 1 dollarlıq sikkə dövriyyəyə buraxılıb Bu gün, 13:48 2027 tarixin ən isti ili ola bilər Bu gün, 13:48 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu Bu gün, 13:48 ABŞ-də keçmiş nazir barədə qalmaqallı hesabat: mühafizəçisi ilə münasibəti araşdırılıb Bu gün, 13:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəştli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 12:48 Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir Bu gün, 12:48 SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib Bu gün, 12:48 Şou-biznesdə ilin ən böyük sürprizi - Aygün və Namiq 16 ildən sonra "Gəlirəm" Bu gün, 12:48 Aİ səfiri: Avropa İttifaqı və Azərbaycan münasibətləri yeni mərhələyə keçir Bu gün, 12:48 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillərin növbəti seçimi olub Bu gün, 12:48 MİDA: Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi davam etdirilir Bu gün, 12:48 Siqaret qaçaqmalçılığı ilə bağlı beynəlxalq axtarışa verilən şəxs Azərbaycana ekstradisiya ediləcək Bu gün, 12:48 Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar Bu gün, 12:48 Şənbə günü 35 dərəcə isti olacaq Bu gün, 12:48 Daha 2 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 12:48 PAŞA Real Estate Qrup və Marriott International Azərbaycan və Gürcüstan üzrə çoxsaylı əmlak müqaviləsi imzaladı Bu gün, 11:49 "Mançester Yunayted"in "Sabah"la oyun üçün iştirak ərizəsi açıqlanıb Bu gün, 11:49 Windows 11-in yeni funksiyası oyunların sürətini azalda bilər Bu gün, 11:49 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı Bu gün, 11:48 MİDA 3 rayonda mənzillər satışa çıxardı Bu gün, 11:48 Qızıl və gümüşün qiyməti açıqlanıb Bu gün, 11:48 Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi Bu gün, 11:48 Azərbaycanda 12 minə yaxın ailə "Güzəşli mənzil" sistemi ilə ev sahibi olub Bu gün, 11:48 Yolunu qısaltmaq istədi, həyatından oldu - DƏHŞƏTLİ QƏZA Bu gün, 11:48 Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb Bu gün, 10:48 "Azərsun Holdinq"  "Süni intellekt dövründə effektiv sayt idarəetməsi" mövzusunda təlim keçirib Bu gün, 10:48 Xırdalanda obyektdə baş verən güclü yanğın söndürüldü Bu gün, 10:48 Jurnalistin 15 yaşlı oğlu faciəvi şəkildə öldü Bu gün, 10:48 İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb Bu gün, 10:48 Həkim xəbərdarlıq etdi: Xoruldama bu halda təhlükəlidir Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır Bu gün, 10:48 Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb Bu gün, 10:48 ABŞ-də hərbçilərin peyvənddən sonra ölüm halları araşdırılır Bu gün, 10:48 Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var Bu gün, 10:48 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA Bu gün, 09:48 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: IV tura bu gün start verilir Bu gün, 09:48 İlham Əliyev Corcia Melonini təbrik etdi Bu gün, 09:48 Messinin illər əvvəl etdiyi yaxşılıq üzə çıxdı: "Mənə və uşaqlarıma həyat verdi" Bu gün, 09:48 Azərbaycanda qeydiyyatsız əmlakların sənədləşdirilməsi asanlaşa bilər Bu gün, 09:48 Tramp: İspaniya məhv olacaq Bu gün, 09:48 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq Bu gün, 09:48 Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq Bu gün, 08:48 Ağa Hacıbəyli: "Müasir insan özünü tənha yaşamağa məhkum edib" Bu gün, 08:48 Xırdalanda obyektdə yanğın baş verib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR