17-09-2023, 15:49 500

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi bilikləri yoxlayan 75 tapşırıq (65 qapalı tipli və 10 açıq tipli), ümumi dünyagörüşü səviyyəsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli və 3 açıq tipli) və verbal, rəqəmsal mәlumatlarla işləmə və mücərrəd düşünmə bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli və 5 açıq tipli) ümumilikdә 120 tapşırıq təqdim olunub.

İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

06:05

Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul imtahanının ikinci mərhələsi üzrə məlumat yayıb.

“Report” xəbər verir ki, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə işə qəbul üzrə keçiriləcək yazılı imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlərdə 40%-dən yuxarı) nəticə göstərən namizədlər buraxılır.

Yazılı imtahanın xarici dil biliyini yoxlayan ikinci mərhələsində dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 səviyyəsinə uyğun olaraq namizədlərin 4 bacarıq (“dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə qiymətləndirilməsi aparılacaq.

23 sentyabr 2023-cü ildə keçiriləcək yazılı imtahanın xarici dil biliyini və Azərbaycan dili üzrə yazı bacarığını yoxlayan ikinci mərhələsi xarici dil üzrə dinləmə mətninin təqdim olunması ilə başlanır. Yazılı imtahanın strukturu aşağıdakı kimidir:

  • Xarici dil üzrə dinləyib-anlama bloku – (30 dəqiqə)

Monoloq və dialoq tipli dinləmə mətnləri üzrə dinləyib-anlama bacarığının yoxlanılmasını nəzərdə tutan 10 qapalı tipli test tapşırığı.

  • Xarici dil üzrə oxuyub-anlama bloku – (60 dəqiqə)

İki müxtəlif oxu mətni üzrə bacarığın ölçülməsini nəzərdə tutan 20 qapalı tipli test tapşırığı.

  • Xarici dil və Azərbaycan dili üzrə yazı bloku – (90 dəqiqə)

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan esse tipli yazı tapşırığı. Namizədlər təqdim olunmuş üç mövzudan birini seçir və seçilmiş mövzu üzrə həm müvafiq xarici dildə, həm də Azərbaycan dilində 250-300 sözdən ibarət esse yazır.

Danışıq bloku üzrə imtahan isə 24 sentyabr 2023-cü il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (8 Noyabr metrostansiyasının yanı) yerləşən inzibati binasında keçiriləcək.

Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək. Namizədlərin kompüter proqramı ilə yaxından tanış olmaları üçün yaxın günlərdə müvafiq link-məlumat paylaşılacaq. Qeyd edək ki, yalnız ikinci mərhələ imtahanı üçün qeydiyyatdan keçmiş iddiaçılar linkə daxil olaraq proqramın demo versiyası ilə tanış ola biləcəklər.

  • Xarici dil üzrə danışıq bloku (20 dəq)

Kompüter proqramı vasitəsilə təşkil olunan üç mərhələli qiymətləndirməni nəzərdə tutan tapşırıqlar.

Yazıya qoyulan tələblər

Analitik yazı bacarıqlarının yoxlanılmasını nəzərdə tutan və həm xarici dil, həm də Azərbaycan dilində təqdim olunan esse tipli yazıya qoyulan tələblər aşağıdakı kimidir:

  • Esse seçilmiş xarici dildə (və ya Azərbaycan dilində) olub verilmiş mövzunun konkret adına uyğun işlənilməli;
  • Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
  • Həcmi 250-300 söz olmalı;
  • Mövzu dolğun və tam şəkildə əhatə edilməli;
  • Fikirlər məntiqi ardıcıllıqla təqdim edilməli;
  • Mövzu ilə bağlı sərbəst mühakimə yürüdülməli;
  • Analitik təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarmaq qabiliyyəti göstərilməli;
  • İfadə olunan fikirləri (ehtiyac yarandığı halda) əsaslandırmaq üçün sitatlar, nümunə, təcrübə, fakt və başqa mənbələr yerində istifadə olunmalı;
  • Xarici dilin (Azərbaycan dilinin) yazı üslubunun orijinallığı, dilin zənginliyi və səlisliyi nümayiş etdirilməli;
  • Fikirlər rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə edilməlidir.

Yazı işlərinin qiymətləndirilməsi meyarlara əsasən aparılır və hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.

Burada:

“A” meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında məntiqi rabitənin olmasını (bütövlük və tamlıq); “B” meyarı mövzunun əhatə səviyyəsini, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibini, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;

“C” meyarı mürəkkəb birləşdirici vasitələrdən və müxtəlif strukturlu cümlələrdən istifadəni, dilin qrammatik qaydalarına əməl olunmasını, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;

“D” meyarı isə söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı, orijinallığı və leksik səhvlərin sayını əhatə edir.

Hər bir yazı işi kodlaşdırıldıqdan sonra iki mərhələdə yoxlanılır və beş ballıq şkala üzrə qiymətləndirilir. Birinci mərhələ A və B, ikinci mərhələ isə C və D alt bacarıqlarının yoxlanılmasından ibarətdir. Hər mərhələdə qiymətləndirmə iki ekspert tərəfindən aparılır və ehtiyac yaranarsa, üçüncü ekspertə yönləndirilir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.

Qeyd 2: Həm xarici dil, həm də Azərbaycan dili üzrə esse tipli yazı işini yerinə yetirmək üçün namizədlərə təqdim olunan A3 ölçülü vərəqin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.

Qeyd 3: “A” meyarı “0” balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi “0” bal yazılır.

Danışıq bloku imtahanı üzrə qoyulan tələblər

Xarici dildə danışıq bloku üzrə də qiymətləndirmə meyarlara əsasən aparılır və meyarlar (1) səlislik və məntiqi ardıcıllıq, (2) qrammatik qaydalara əməl olunma, (3) söz ehtiyatının zənginliyi, (4) tələffüz və (5) sualların cavablandırılması dərəcəsi kimi fərqləndirilir.

Danışıq bloku üzrə namizədlər tapşırıqlara şifahi cavab verərkən aşağıdakı tələblərə əməl etməlidirlər:

  • Müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə fikirlər arasındakı rabitəni gözləməli;
  • Xarici dildə danışarkən səlisliyi və dəqiqliyi gözləyərək savadlılıq səviyyəsini nümayiş etdirməli;
  • Fikirləri rabitəli və aydın şəkildə, ədəbi dilin normalarına və qrammatik qaydalarına müvafiq olaraq ifadə etməli;
  • Mövzuya uyğun zəngin akademik söz ehtiyatı nümayiş etdirərək təkrarlardan yayınmalı;
  • Qəbul olunmuş standartlara uyğun tələffüz nümayiş etdirməli;
  • Mövzu ilə bağlı tərəflərin mövqeyini faktlar və dəlillərlə əsaslandırmalı;
  • Suallara məntiqli və əhatəli cavab təqdim etməlidirlər.

Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir. Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir. İmtahan günü namizəd buraxılış vərəqəsində qeyd olunan saatda imtahan binasına yaxınlaşır, yoxlama və qeydiyyatdan keçdikdən sonra imtahan zalına daxil olur. Namizəd ona ayrılmış yerdə əyləşir və imtahan zalında digər namizədlərlə bir yerdə nəzarətçinin ümumi təlimatını dinləyir və göstərişləri yerinə yetirir.

Birinci mərhələdə iddiaçı verilmiş şəkli öncə təsvir edir, sonra isə artan çətinlikdə olan mövzu üzrə suallara aid fikrini bildiririr, səbəblər gətirir və izahatlar verərək cavabını əsaslandırır. Bu tapşırıqda birinci sual şəklin təsvirini (bir dəqiqə) tələb edir. İkinci sual daha ümumi (bir dəqiqə), üçüncü sual (bir dəqiqə) isə nisbətən xüsusi xarakter daşıyır. Bu mərhələ üçün hər suala düşünmək üçün bir, cavablandırmaq üçün isə bir dəqiqə vaxt ayrılır.

İkinci mərhələdə verilmiş mövzuya uyğun olaraq təqdim olunmuş lehinə və əleyhinə fikirlər əsasında namizəd ona uyğun olanları seçərək fikrini əsaslandırmaq üçün arqumentlərdən istifadə etməklə təqdimetmə bacarığını nümayiş etdirir. Bu zaman namizədlərə təqdim olunmuş mövzu üzrə düşünmək üçün üç, cavablandırmaq üçün isə iki dəqiqə vaxt verilir.

Üçüncü mərhələdə iddiaçıya ikinci mərhələdə verilmiş mövzu ilə əlaqədar bir fikir təqdim olunur və namizəddən bu fikrə münasibət bildirmək tələb olunur. Sonuncu mərhələdə düşünmək üçün bir, sualı cavablandırmaq üçün bir dəqiqə vaxt verilir.

Vaxta nəzarət və növbəti mərhələlərə keçid kompüter proqramı vasitəsilə avtomatik qaydada aparılır və sualların cavablandırılması mərhələsində namizədin texniki müdaxiləsi tələb olunmur.

İkinci mərhələ üzrə balların hesablanması

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “oxuyub-anlama”, “yazı” və “danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.

Aşağıdakı cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilmişdir:

II mərhələ

Komponentlər

Tapşırıqların sayı

Xam bal

Əmsal

Toplana bilən maksimal bal*

Minimal tələb

Xarici dil - Dinləyib-anlama

10

10

1

10

2

Xarici dil - Oxuyub-anlama

20

20

1

20

4

Xarici dil - Esse

250-300 sözlük esse

10

2

20

4

Xarici dil - Danışıq

3

10

1

10

2

Xarici dil üzrə - Cəmi

60

36

Azərbaycan dili - Esse

250-300 sözlük esse

10

6

60

30

II mərhələ üzrə Cəmi

120

---

*II mərhələ üzrə ballar hesablanarkən xam ballar əmsallara vurulur.

Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və iki mərhələnin nəticəsində ən yüksək nəticə əldə edən ilk 100 iştirakçı müsahibə mərhələsinə buraxılır. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR