Saat 21:00-a olan məlumata əsasən Quba, Qusar, Şəki, Xaltan, Şahdağ, Sabirabad, Göyçay, Zərdab, Cəfərxan, Qəbələ, Oğuz, Altıağac, Şabran, Daşkəsən, Bakıda şimşək çaxıb, arabir leysan yağıb.
Bu barədə "AVESTA.AZ"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Külək: Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20-25 m/s, Neftçalada 20 m/s-dək güclənib.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 20-23° isti, aran rayonlarında 23-26° isti, dağlıq rayonlarda 7-12° isti qeydə alınıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.