
Fil Dişi Sahilində naməlum xəstəlik səbəbindən 7 uşaq ölüb, daha 59 uşaq xəstəxanaya yerləşdirilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə AFP yerli mənbələrə istinadən məlumat yayıb.
Xəstəlikdən ölənlərin yaşı 5-12 arasında dəyişir.
Hadisə Buake şəhəri yaxınlığında yerləşən kənddə qeydə alınıb. Xəstəliyin simptomlarına qusma və ishal daxildir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.