19-09-2023, 15:40 504

Moldovalı nazir: “SGC Avropa ölkələri üçün həyati əhəmiyyət kəsb edən layihəyə çevrilib”

Energetika sektoru Azərbaycanın bir çox Avropa ölkələri ilə əməkdaşlığının prioritet sahələrindən birinə çevrilib ki, belə ölkələrdən biri də Moldovadır.

Moldovanın energetika naziri Viktor Parlik “AVESTA.AZ”a müsahibəsində ölkəmizlə enerji əməkdaşlığının genişləndirilməsi potensialı, Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsi, Cənub Qaz Dəhlizinin (SGC) rolu və s. məsələlər barədə danışıb.

- Azərbaycan və Moldova arasında energetika sahəsində əməkdaşlığın hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? Bu əməkdaşlığı necə genişləndirmək olar?

- Bizim sıx və dostluq münasibətlərimiz var. Ölkələrimizin prezidentləri bir neçə görüş keçiriblər və əsas mövzulardan biri də energetika olub. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin II Zirvə toplantısında iştirak etmək üçün Moldova Respublikasında olub. Moldova rəsmiləri də Azərbaycan tərəfinin dəvəti ilə, Avropa İttifaqı (Aİ) bayrağı altında keçirilən görüşlərdə və s. Azərbaycanda olublar. Beləliklə, iqtisadi əməkdaşlığımızı bərpa edirik.

Moldova son aylar Rusiyanın “Qazprom” şirkətindən asılılığı azaltmaq və enerji müstəqilliyini gücləndirmək üçün enerji resurslarının və marşrutlarının şaxələndirilməsinə böyük diqqət yetirir. Bu baxımdan biz Azərbaycan kimi enerji resurslarına malik ölkələrlə əməkdaşlığı genişləndirmək istəyirik. Biz Moldova vətəndaşlarının ən uyğun qiymətlərlə qaz və elektrik enerjisinə çıxış əldə etməsini istəyirik, ona görə də enerji bazarını mümkün qədər rəqabətədavamlı qurmağa çalışırıq.

Təbii ki, biz vətəndaşlarımızın mənafeyinə uyğun olaraq əlaqələrimizi dərinləşdirmək istəyirik.

- Moldova Energetika Nazirliyinin Dövlət katibi Konstantin Borosan bəyan edib ki, ölkə “Həmrəylik halqası” layihəsində maraqlıdır. Ölkənin bu təşəbbüsə qoşulması gözlənilirmi?

- Həqiqətən də, bu layihə Avropa ölkələrinə şaxələndirilmiş enerji resurslarına çıxış əldə etməyə kömək edib. Moldova da kənarda qala bilməz. Keçən qışda Moldovanın dövlət şirkəti olan “Energocom” Bolqarıstan və Yunanıstan arasında qaz interkonnektorundan, eləcə də Trans-Balkan marşrutunu əks rejimdə istifadə edən ilk şirkət oldu. Nəticədə qazı “Qazprom”un “Moldovaqaz”a təklif etdiyi qiymətlərdən aşağı qiymətə ala bildik.

“Energocom” dövlət şirkəti Avropanın satınalma platformasında iştirak edir, onun vasitəsilə biz cari istehlak və ya ehtiyat üçün qaz ala bilərik, o cümlədən də Azərbaycandan. Biz həmçinin digər düsturlardan istifadə edərək və başqa mənbələrdən satınalmalar həyata keçiririk. Artıq biz onu müxtəlif ölkələrdəki bir sıra şirkətlərdən alırıq. Bunun sayəsində şantaj olunmaq ehtimalından yayınırıq.

- Moldova və Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində necə əməkdaşlıq edə bilər?

- Bu il Moldova böyük bərpa olunan enerji parklarının yaradılması üzrə ilk hərraclar keçirmək niyyətindədir. Biz bu sahədə qabaqcıl təcrübələrin mənimsənilməsində maraqlıyıq və hətta ölkənizdən potensial investorları gözləyirik. Biz həmçinin Qara dənizin altından çəkiləcək gələcək sualtı kabel vasitəsilə Gürcüstan və Azərbaycandan “yaşıl enerji” idxalında maraqlıyıq.

Digər tərəfdən, Moldovanın Enerji Effektivliyi Agentliyi bu sahədə əməkdaşlığı genişləndirmək üçün Azərbaycanın müvafiq qurumu ilə anlaşma memorandumu imzalamağa hazırlaşır.

Nəhayət, biz həm də balanslaşdırıcı elektrik stansiyasının tikintisi ideyasını həyata keçirmək istəyirik.

- Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın imzaladığı Qara dənizin dibi ilə keçməklə “yaşıl enerji”nin Azərbaycandan Aİ-yə nəqli layihəsini necə şərh edə bilərsiniz?

- Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel xətti 5-10 il əvvəl ağlımıza belə gətirə bilmədiyimiz layihədir. Ukraynadakı müharibə bölgədəki vəziyyəti tamamilə dəyişib. Biz Avropa İttifaqı tərəfindən dəstəklənən və enerji resurslarını sərfəli qiymətlərlə regiona gətirə biləcəyini gözlədiyimiz bu layihədə maraqlıyıq. Bundan əlavə, Azərbaycan və Gürcüstandan Moldova və Rumıniyaya elektrik enerjisinin alınması üçün çevik sxemə malik olacağıq.

2022-ci ilin martından Moldova və Ukrayna öz şəbəkələrini Avropa Elektrik Ötürmə Sistemi Operatorları Şəbəkəsi (ENTSO-E) ilə sinxronlaşdırıblar. İndi biz digər enerji sistemlərinin birləşdirilməsi üzrə digər layihələri inkişaf etdirmək üçün çalışırıq. Bizim gələcəyimiz Aİ-də, Avropanın vahid bazarındadır.

- Sizcə, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində hansı rol oynayır?

- Artıq qeyd etdiyim kimi, Rusiyanın Ukraynaya qarşı müharibəsi regiondakı vəziyyəti kökündən dəyişdirərək, Cənub Qaz Dəhlizini bir çox Avropa ölkələri üçün həyati əhəmiyyət kəsb edən layihəyə çevirib. Yeni reallıqlara ani şəkildə uyğunlaşmağı öyrənməli olduq. Moldova tarixində ilk dəfə Avropanın gündəminə problem kimi deyil, həll yolunun bir hissəsi kimi çıxdı. Moldova regionda təhlükəsizlik mənbəyidir. Əvvəlcə bu, qaçqın böhranı olsa da, sonradan enerji sektoruna da yayıldı. Ukrayna Avropanın ən böyük qaz anbarlarına malikdir və təbii ki, biz Aralıq dənizi ilə Cənub-Şərqi Avropa, eləcə də Mərkəzi və Şimali Avropa arasında əlaqələndirici dəhliz kimi xidmət göstərmək istəyirik.

“Energocom” artıq Cənub Qaz Dəhlizindən istifadə edib, bunun üçün də bu marşrutla tanışıq. Moldova Aİ-yə namizəd ölkə kimi Aİ ilə Azərbaycan arasında razılaşmaları və ən uyğun qiymətlərlə birgə satınalmaları həyata keçirmək üçün bu marşrutun ötürücülük qabiliyyətinin artırılması ideyasını dəstəkləyir.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR