20-09-2023, 01:28 721

Azərbaycan parlamenti antiterror tədbirləri barədə beynəlxalq ictimaiyyətə müraciət edib

Milli Məclisin sədri Sahibə Qafarova, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları Azərbaycanın Qarabağ regionunda Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən antiterror tədbirləri barədə beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlamentlərinə müraciət ünvanlayıblar.

"Report" xəbər verir ki, müraciətdə qeyd olunur ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə sadiqdir. Ölkəmiz, həmçinin Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərir. Azərbaycan 2020-ci ilin noyabrından etibarən bu prosesə sadiqliyini dəfələrlə nümayiş etdirib. Son olaraq, Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılması Azərbaycanın gərginliyin azaldılmasına olan sadiqliyinin göstəricisidir.

Sənəddə təəssüflə qeyd olunur ki, Azərbaycanın sözügedən səylərinə baxmayaraq, Ermənistan bütün vasitələrdən istifadə edərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib: delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardan bəziləridir.

Müraciətdə qeyd olunur ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Bu çərçivədə, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar.

"Bütün bunlara cavab olaraq, Azərbaycan tərəfi antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir. Azərbaycanın müvafiq qurumları tərəfindən xüsusilə vurğulanmışdır ki, görülən tədbirlərin hədəfi yalnız qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturdur. Mülki əhali heç bir halda hədəf təşkil etmir", - müraciətdə vurğulanır.

Müraciət müəllifləri qeyd edir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü hər bir ölkənin suverenliyi və ərazi bütövlüyü qədər vacibdir və Azərbaycan beynəlxalq hüquqda əks olunmuş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir.
Müraciətin sonunda bir daha beynəlxalq ictimaiyyətə Azərbaycanın antiterror tədbirlərini dəstəkləməyə, regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması naminə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribatlardan çəkinməsi, normallaşma prosesi çərçivəsində məsuliyyətli davranması üçün Ermənistana təzyiq göstərməyə çağırış edilir.

Paylaş

Xəbər lenti

Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU Bu gün, 16:49 Son 20 ildə Bakıda 100-dən çox yeni park və bağ yaradılıb Bu gün, 16:48 Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib Bu gün, 16:48 Trampın partiyası hər iki palatanı itirdi: Demokratlar Konqresə nəzarəti ələ keçirdi Bu gün, 16:48 Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam Bu gün, 16:48 Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər Bu gün, 16:48 Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb Bu gün, 16:48 Zaur Abişevə yüksək vəzifə verildi Bu gün, 16:48 Keçmiş nazirin oğluna vəzifə verildi Bu gün, 16:48 Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma Bu gün, 16:48 Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək Bu gün, 16:48 Britaniyalı diplomat: "Ölkənin Rusiya ilə müharibə aparmağa nə maliyyəsi, nə də imkanları var" Bu gün, 16:48 Gələn il pensiya və müavinətlər artırılacaq? - RƏSMİ CAVAB Bu gün, 16:48 Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər Bu gün, 15:48 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım edib Bu gün, 15:48 Sahil Babayev ƏDV rejiminin dəyişdirilməsi ehtimalına münasibət bildirib Bu gün, 15:48 Günəşdə yenidən partlayışlar qeydə alınıb Bu gün, 15:48 Perunun 70 faizində "El-Nino" təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib Bu gün, 15:48 Bu şəxslərə müddətsiz əlillik veriləcək - Təkrar müayinəyə çağırılmayacaqlar Bu gün, 15:48 Bred Pittin qızı rəsmi olaraq atasının soyadından İMTİNA ETDİ Bu gün, 15:48 Batrakovun "Qalatasaray"dakı ləqəbi "Bebek" imiş Bu gün, 15:48 Bakı kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu Bu gün, 15:48 Seren Serengil bu şərtlə sərvətini sevgilisinə bağışlayacaq Bu gün, 14:48 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" Bu gün, 14:48 "Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr" sənədli filminin premyerası olub Bu gün, 14:48 Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər"i təqdim etdi Bu gün, 14:48 Nazir: "Qızılın bahalaşması ARDNF-ə böyük qazanc gətirib" Bu gün, 14:48 Bakıda qəzaya düşən "BMW" klinikaya çırpıldı Bu gün, 14:48 Cəlilabadda 6 kəndin işığı kəsilib Bu gün, 14:48 Çempionlar Liqasında ilk dəfə türk derbisi olacaq Bu gün, 14:48 Bakıda küçədə arvadını güllələyərək öldürən şəxs hakim qarşısına çıxarıldı Bu gün, 14:48 Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək Bu gün, 14:48 Bakıda birinci kurs tələbəsi bu səbəbdən öldü Bu gün, 13:48 Kredit götürənlərə SEVİNDİRİCİ XƏBƏR - Bu halda faizlər aşağı düşəcək... Bu gün, 13:48 Bu tarixdən 4 gün ardıcıl güclü YAĞIŞLAR YAĞACAQ - XƏBƏRDARLIQ Bu gün, 13:48 Sabah rayonlara dolu düşəcək, intensiv yağış yağacaq Bu gün, 13:48 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb Bu gün, 13:48 Ekspert ABŞ-nin İrana qarşı nüvə silahından istifadə ehtimalını qiymətləndirib Bu gün, 13:48 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib Bu gün, 13:48 Dollar Türkiyə lirəsi qarşısında tarixi rekordunu yenilədi Bu gün, 13:48 İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu açıqlayıb Bu gün, 13:48 Tehranda Trampın öldürülməsi ilə bağlı təhdid dolu plakat asılıb Bu gün, 13:48 Gələn il üçün Dövlət İnvestisiya Proqramı üzrə xərclərin tərkibi açıqlanıb Bu gün, 12:48 Qazaxda Səməd Vurğunun qohumu bıçaqlandı Bu gün, 12:48 Bakıda dəhşətli qəzanın görüntüləri - Ana və arabadakı uşağı maşın vurdu Bu gün, 12:48 Gələn il DSMF-nin büdcəsi 9 milyard manatdan çox olacaq Bu gün, 12:48 "15 dəqiqəlik şəhər": Xırdalan dörd Azərbaycan şəhəri arasında öndədir Bu gün, 12:48 17 manatlıq yağ 21 manat olub - Qiymət niyə ucuzlaşmır? Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR