
"Bu görüşdə daha çox qol vura bilərdik".
"Report"un məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis oyunçularda motivasiyanın yaxşı olduğunu bildirib: "Qarşılaşma bizim üçün yaxşı keçdi. Qazaxıstanla növbəti görüşdə də qələbə qazanmaq istəyirik".
Borisov Rumıniyaya uduzduqları matçdan sonra komandanı hazırlamağın çətin olduğunu vurğulayıb: "Həmin oyunda da üstün idik. Sadəcə, öz səhvlərimizə görə qapımızda qollar gördük".
Baş məşqçi İsa Atayevin heyətdən kənarlaşdırılması barədə qısa danışıb: "Bu, məşqçilər korpusunun qərarıdır. Atayev bu dəfə dincəlməli idi. Başqa heç nə baş verməyib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.