21-09-2023, 23:21 551

Qurban Qurbanov: “Futbolçularım bu gün qələbəni çox istəyirdilər”

“Futbolçularım bu gün qələbəni çox istəyirdilər. Bundan bir az narahat idim”.

“AVESTA.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Norveçin “Molde” klubuna 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşün ardından komandasının çıxışını dəyərləndirib: “Futbolçulrıma təşəkkür edirəm ki, intizamlı oyun ortaya qoydular. Çox vacib qalibiyyət əldə etdik. Sona kimi tempdən düşmədilər. Möhtəşəm azarkeşlərimiz bizdən qələbə gözləyirdilər. Onların sevincli getmələri bizə daha böyük ruh yüksəkliyi verdi”.

O, intizamlı oyun sərgilədiklərini vurğulayıb: “Bu oyun bizi aldatmalı deyil. Dəfələrlə olub ki, hansısa komanda avrokuboklardakı ilk oyundakı qələbədən sonra ikinci görüşdə uduzub. Bu gün vacib olan icraçılar idi. Futbolçulara məqamları tam çatdırsan da, bəzən tam icra etməyə bilirlər. Bu gün oyun intizamı sona qədər qopmadı. Əminəm ki, dünənki zəfərin bugünkü oyunumuza müsbət təsiri oldu. Çox sevincli, rahat idilər. Qalib gəlsək də, səfərdəki matçda rəqib bizə böyük sürpriz edə bilər. Hər şeyə hazırlıqlı olmalıyıq. Qarşıdakı matçlarda daha keyfiyyətli çıxış etməyə çalışacağıq”.

Baş məşqçi qapıçı Andrey Lunyovun çıxışına da münasibət bildirib: “Təcrübəli qapıçıdır. Belə atmosferdə çox çıxış edib. Lunyovun təcrübəsi bu cür qarşılaşmalarda bizə kömək edə bilər. Bir az narahatlığım var idi. Uzun illər idi az oynamışdı. Luka Quqeşaşvili də çox yaxşı formada idi. Amma Lunyovu oynatmağı qərara aldıq. O da təcrübəsindən yaxşı faydalandı”.

Qurban Qurbanov “23-lüy”ə salınmayan Redon Cicanın yoxluğu və start heyətində yer alan Maksim Medvedevin çıxışı barədə də fikir bildirib: “Cica dünənki məşqdə zədələndi, ayağında problem oldu. Halbuki bu gün sanki ona ehtiyac var idi. Maksim Medvedev isə öz təcrübəsindən istifadə etdi və yaxşı oynadı”.

O, qol epizodlarının çox olduğunu söyləyib: “Qol epizodlarımız çox oldu. Bu turnirdə vurulan və buraxılan hər qolun sonda təsiri ola bilər. Vacib olan 3 xal qazanmaq idi. Neçə qol vurmağa yox, qələbəyə hazırlaşmışdıq”.

Baş məşqçi zədəli Marko Veşoviçin durumuna da aydınlıq gətirib: “Veşoviç hələ komandaya qoşulmayıb, fərdi qaydada məşq edir. Bəlkə 20 gün və ya bir aya yaşıl meydanlara qayıda bilər”.

Q.Qurbanov qrupdan çıxmaq şansları ilə bağlı sualı bu cür cavablandırıb: “Həmişə ehtiyatlı danışmağa çalışırıq. Futbolda düşünülməmiş nəticələr də olur. Bu gün heç-heçə də nəticələnə bilərdi. Məsələn, autdan topu düz qapının ağzına ata bilirlər. Mənim üçün komandamın oyunu vacibdir. Heyətdə böyük dəyişiklik olsa da, istəyi qoruyub saxlaya bildik. Mənim üçün vacibi budur. “Çelsi” Çempionlar Liqasını qazananda ən zəif mövsümü idi, heç kim gözləmirdi. Biz də bu qələbə ilə arxayınlaşmamalıyıq. Hər oyun gərgin keçir. Proqrama uyğun hər görüşə lazım olduğu qədər hazırlaşacağıq. Futbol elə səviyyəyə çatıb ki, ev oyunlarında üstünlük olur. Amma son vaxtlar bu tendensiya aradan qalxır. Bəzən komanda səfərdə daha yaxşı çıxış edir. Buna görə də səfərdə evdəkindən daha çox xal qazana bilərdik”.

O, Marko Yankoviçin bir epizodda əsəbiləşdiyini, bu üzdən onu sakitləşdirməyə çalışdığını deyib: “Hirslənmişdi, sakitləşdirdim. Öz-özünə əsəbiləşmişdi, aqressiv oyunçudur. Sonda özü də nəyə hirsləndiyini bilmədi”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR