22-09-2023, 16:34 535

“Qarabağ”ın qələbəsi - hikkəli norveçli müəllimlə bağlı xatirə

İdman yarışları emosiyaların təntənə yeridir. Bu baxımdan qarşılaşmaları bayram tədbiri də adlandırmaq olar.

Sentyabrın 21-də Ağdamın “Qarabağ” klubu azərbaycanlı futbolsevərlərə Norveç “Molde”si üzərində 1:0 hesablı qələbə ilə gözəl ovqat yaşadıb. Bununla da “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb.

İdman siyasətə qatılmır. Onu ayrı tuturlar. Hətta diplomatik əlaqəsi olmayan dövlətlərin idmançıları bir-biri ilə qarşılaşır. Məsələn, İsrail idmançıları iranlı həmkarları ilə üz-üzə gəlməkdən heç vaxt imtina etməyiblər. Yaxud Azərbaycan idmançıları da Ermənistandan olan həmkarları ilə daim qarşılaşıblar. Bu görüşlərdə hər iki tərəfdən udan da, uduzan da olur. Məğlub olanda vətəndaşı olduğu ölkədə ona təzyiq və ya təqib edilmir və s.

Yeri gəlmişkən, sentyabrın 21-də Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında Ermənistandan olan Malxas Amonyana qalib gələrək finala yüksəlib və olimpiadaya lisenziya əldə edib. Güləşçi qızıl medal uğrunda qırğızıstanlı Akjol Mahmudovla görüşərək.

İdman yarışı həm də sosial və mədəni hadisəsidir. Norveç klubu da məğlubiyyətə görə ölkəsində təzyiqlə üzləşməyəcək.

Bu qarşılaşma bir hadisəni yada saldı. Düz 20 il əvvəl, Bakıda bir norveçli müəllimlə görüşmüşdük. Onunla bir sıra tarixi, siyasi, mədəni məsələlər, demokratiya, onun dəyərləri ilə bağlı fikir mübadiləsi etdik. Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdaldan danışdıq. Bu araşdırmaçının adını eşidəndə müəllim qımışdı və onun düşüncələrini “əfsanə” adlandırdı. Norveçlilərin türklərlə genetik qohumluğu haqqında nəzəriyyəni qəbul etmədiyini bildirdi. Əlbəttə, ona zorla “sən türkdən əmələ gəlmisən” deməyəcəkdik. Türklərin nə indi, nə də onda buna ehtiyacı var. Sadəcə, bir norveçlinin düşüncəsi olduğu üçün bu barədə də söhbət düşdü.

Futboldan da danışdıq. Norveçli müəllim təkəbbürlə dedi: “Sizə demokratiyanı da, futbol oynamağı da öyrədərik”. Onun bu iddialı, yekəxana danışığını belə cavablandırdıq: “Bizim işimizə qarışmayın, özümüz yolumuzu tapacağıq”.

Sonradan məlum oldu ki, Norveç “Statoil”un Azərbaycanla bağlı layihəsinin keçməsini istəyirmiş. Bu istəyi təmin olunandan sonra norveçlilərin bütün başqa hikkəli davranışı dayandı.

Qeyd edək ki, vaxtilə İranın keçmiş dövlət başçısı Əli Əkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşiminin adı Norveçin “Statoil” neft şirkəti ilə qanunsuz müqavilələrin imzalanmasında və 30 milyon dollarlıq korrupsiyada hallanıb. Bu işi “Statoil”un korrupsiya işi” də adlandırırlar. Norveçin hüquq-mühafizə orqanlarının rəsmi ittihamına görə, “Statoil” neft müqavilələrinin imzalanmasını təmin etmək üçün İrandakı mühüm siyasi fiqurlara, habelə o vaxt İran Neft Şirkətində beynəlxalq əlaqələr idarəsinə rəhbərlik edən Mehdi Haşimiyə 15,2 milyon dollar ödəyib. Korrupsiya qalmaqalı 2003-cü il sentyabrın 3-də Norveçin “Dagens Næringsliv” qəzeti tərəfindən ifşa edilmişdi. Bu iş Qərb mediasında səs-küy salsa və “Statoil” Norveç məhkəmələri tərəfindən təqsirli bilinsə də, İran tərəfi M.H.Rəfsəncanini cəzalandırmamışdı.

Həmin hadisələrdən 20 il keçib. O vaxtdan sonra Norveç futbol üzrə dünya çempionatının final mərhələsinin iştirakçısı olmayıb. Sosial ədalət baxımından dünyanın ən təminatlı dövlətlərindən sayılsa da, təəssüf ki, Anders Berinq Breyvik adlı terrorçu da bu ölkənin vətəndaşıdır. Onun 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Osloda bomba partlayışı və hakimiyyətdəki Əmək Partiyasının Ütöya adasında təşkil etdiyi gənclər düşərgəsində törətdiyi terror nəticəsində 77 nəfər ölmüş, 97 nəfər yaralanmışdı. Nə qədər təzadlı sayılsa da, bu, Norveç demokratiyasının törəməsi idi.

Azərbaycan isə ötən 20 ildə torpaqlarını işğaldan azad edib. İşğaldan azad edilən, ermənilərin dağıtdığı şəhər və kəndlər abadlaşır, yenidən qurulur. Azərbaycanla Ermənistan arasında birbaşa, kənar müdaxilə olmadan görüşlər keçirilir. Müdaxilə olmadan yol tapılır.

Azərbaycan da Norveç kimi futbol üzrə dünya çempionu olmayıb. Hansısa nüfuzlu turnirin final mərhələsinə yüksəlməyib. Ancaq bu da olacaq. Çünki 20 il əvvəl Norveçin klubunu məğlub etmək mümkün deyildi. İndi isə bunu kənar müdaxilə olmadan, yerli baş məşqçinin rəhbərliyi altında bacarırıq. Odur ki, bir-birinin işlərinə müdaxilə cəmiyyətlərin inkişafına heç də həmişə yardım etmir. ATƏT-in keçmiş Minsk qrupunun 30 illik fəaliyyəti kimi. Cəmiyyət təbii inkişafı ilə daha böyük uğur əldə edir. Tərəqqi yoluna mane olan ünsürlərin aradan qaldırılmasının isə bütövlükdə qlobal önəmi var. Təkəbbür, hikkə və yekəxanalıq qıcıq yaradır, etibarın üzərinə kölgə salır. Norveçə də həmişə örnək olmağı arzulayaq...

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR