22-09-2023, 18:46 513

Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb

Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları sentyabrın 19-da Ermənistanın işğaldan azad olunmuş ərazilərində törətdiyi mina terroru ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün səylərini birləşdirib.

Bu barədə "AVESTA.AZ"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Diaspor fəallarının yaşadıqları ölkələrin dövlət, hökumət və XİN başçılarına, parlamentlərin deputatlarına, yerli ictimaiyyətə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərində ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatların və terror hücumlarının törədilməsi hiddətlə pisləyib.

Bremen Azərbaycan Mədəniyyət Evi adından Almaniya Kansleri Olaf Şoltsa ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması soydaşlarımızı dərindən narahat edib.

Çex Respublikasında fəaliyyət göstərən “Natəvan” Cəmiyyətinin adından dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışının Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atdığı vurğulanıb.

Belqrad Universitetinin nəzdindəki “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi” adından dünya ictimaiyyətinə ünvanlanan bəyanatda qeyd olunub ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub.

Slovakiya Azərbaycanlıları Cəmiyyəti adından dünya ictimaiyyətinə ünvanlanan bəyanatda dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırılıb.

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Reyn-Ziq bölgəsinin klinika direktoru, tibb elmləri doktoru Nuran Abdullayev Almaniyanın xarici işlər naziri Annalena Berbok və Almaniya XİN-in dövlət katibi Andreas Mixaelisə müraciət edərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılmış lokal antiterror tədbirlərinin bəzi alman KİV-də birtərəfli və qərəzli işıqlandırılmasına etirazını bildirib.

Nuran Abdullayevin Köln şəhər bələdiyyəsində Xristian-Demokrat İttifaqı (CDU) fraksiyasının sədri və Xristian-Demokrat İttifaqının İqtisadi Şurasının üzvü Bernd Petelkau ilə görüşü zamanı da Azərbaycan icmasının alman mətbuatında ölkəmizlə bağlı uydurma və qərəzli məlumatların dərc olunmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan lokal antiterror tədbirləri barədə birtərəfli reportajların yayımlanmasını pislədikləri vurğulanıb. Bu cür yanlış və əsassız davranışın müxtəlif müstəvilərdə Azərbaycan-Almaniya münasibətlərinə mənfi təsir edə biləcəyi, Almaniyanın vətəndaş cəmiyyətinə uğurla inteqrasiya etmiş azərbaycanlı icmaların və şəxslərin mövcud durumdan narahat olduqları və təəssüfləndikləri nəzərə çatdırılıb, Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə zəmin yaradan səbəblər barədə məlumat verilib.

Almaniyanın https://nex24.news xəbər portalında isə “Türkoloq Hess: “Qarabağda nə baş verir?” sərlövhəli məqalə yayımlanıb. Almaniyalı türkoloq alim Mixael Heynhard Hessin qələmə aldığı məqalədə Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarına əməl etməməsi, hərbi təxribatları davam etdirməsi səbəbindən Azərbaycanın 19 sentyabr 2023-cü il tarixində öz torpaqlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində lokal antiterror tədbirlərinə başladığı bildirilib. Azərbaycanın bir gün ərzində “dövlətin içində dövlət” formalaşdırmağa cəhd edən işğalçıları və separatçıları sülhə vadar etdiyi və öz Konstitusiya quruluşunun bərpasına nail olduğu nəzərə çatdırılıb. “Görəsən, “Reyxsburger” kimi separatçılar Federal Respublikada zenit silahları quraşdırsalar, Almaniya əslində nə edərdi?”, - deyə alim soruşub.


Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR