
“Formula 1” üzrə Yaponiya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərən pilotun adına aydınlıq gəlib.
“AVESTA.AZ”un məlumatına görə, “Red Bull” komandasından Maks Ferstappen birinci olub.
Niderlandlı pilot karyerası ərzində 29-cu dəfə əsas yarışda birinci sıradan başlamaq hüququ qazanıb. “McLaren” sürücüləri ən yaxşı 2-3-cü nəticəni göstəriblər. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub.
Qeyd edək ki, Yaponiya Qran-prisində əsas yarış sentyabrın 24-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.