26-09-2023, 17:52 531

"Qarabağdakı erməni sakinlərin təmsilçiləri ilə Xocalıda keçirilən görüşdə əldə olunan razılaşmalar reinteqrasiya prosesi istiqamətində əhəmiyyətli irəliləyiş hesab oluna bilər".

Bunu "Report" açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan ermənilərlə birlikdə işçi qrupun yaradılması ilə bağlı razılaşma artıq ciddi nəticələrdən xəbər verir: "Bu, o deməkdir ki, Xankəndi şəhərinin bütün kommunal xidmətləri Azərbaycanın kommunal şəbəkəsinə birləşdiriləcək. Artıq elektrik enerjisinin Azərbaycandan təmin edilməsi həyata keçirilib, digər kommunal xidmətlər – su, qaz, internet, telefon və s. də təmin olunacaq. Həmçinin, Xankəndi yaxınlığında, yaxud Xocalıda səhra hospitalı qurulacaq, səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibbi heyətin tərəfindən birgə təşkil ediləcək. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi həyata keçiriləcək. Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsi planlaşdırılır. Erməni sakinlərə tibbi xidmətin göstərilməsi həm bölgədə mərkəzi hakimiyyətin bərpasının sürətlənməsi, həm də əhalinin daha rahat və keyfiyyətli xidmət görməsi baxımından əhəmiyyətlidir. Məlumdur ki, bölgədə xəstələr, xüsusilə xroniki xəstəliyi olanlar, yaxud cərrahiyyə əməliyyatı olunmaq istəyənlər Ermənistana üz tutur. Azərbaycan humanist mövqe sərgiləyərək buna tam şərait yaradır, lakin erməni sakinlərin müalicə üçün başqa bir ölkəyə getməsi həm ölkəmizə kənar müdaxiləyə səbəb olur, həm də onların özləri üçün çətinliklər yaradır".

A.Nərimanlı bildirib ki, səhra hospitalının qurulması, xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsi, ümumilikdə tibbi xidmətlərin erməniəsilli həkimlərlə birlikdə həyata keçirilməsindən sonra əhalinin müalicə üçün Ermənistana getməsinə ehtiyac qalmayacaq. Bununla Ermənistanın tibbi xidmət adı altında ərazimizə müdaxiləsinin qarşısı alınacaq, eyni zamanda, erməni sakinlər daha yaxşı xidmət görə biləcəklər.

"Tibb məsələsi həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki fəaliyyətini qanunla tənzimləyəcək. Çünki erməni xəstələri Ermənistana bu komitə aparır, buna görə də Xankəndidəki nümayəndəliyi İrəvan ofisi ilə işləyir. Halbuki, bu, nə Azərbaycan qanunvericiliyinə, nə də beynəlxalq hüquqa uyğundur. Erməni sakinlərə tibbi xidmətin öz ərazimizdə göstərilməsi BQXK-nın Xankəndidəki nümayəndəliyinin fəaliyyətinin Bakıda ofisi tərəfindən koordinasiya edilməsinə zəmin yaradır, bu da ölkə qanunvericiliyinə uyğundur.

Azərbaycan öz vətəndaşlarının yüksək səviyyəli tibbi xidmət görməsi, ümumiyyətlə bütün problemlərinin həll edilməsi istiqamətində çalışır. Mobil qida təminatı xidmətinin yaradılması təklifi də buna hesablanıb. Burada əsas diqqətçəkən məqam Azərbaycanın mərkəzi hakimiyyətinin mövcud vəziyyətə uyğun addıma, erməni sakinlərin problemlərini maksimum sürətli həllinə nail olmaqdır. Mobil qida təminatı xidmətinin, eləcə də səhra hospitalının yaradılması təklifləri də bunu deməyə əsas verir", - ekspert qeyd edib.

Onun fikrincə, ümumiyyətlə, Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda erməni sakinlərin reinteqrasiya məsələsində inklyuziv yanaşmanı nümayış etdirir: "Artıq Qarabağda yeni reallıqlar yaranıb və mərkəzi hakimiyyətin bərpası sürətlə həyata keçirilir, bunun alternativi yoxdur. Erməni sakinlərin nümayəndələri bu prosesə mane olmağa çalışsalar, bundan öncə əhali əziyyət çəkə bilər. Reinteqrasiya prosesinin həyata keçirilməsi məqsədilə keçirilən iki görüşdə erməni əhalinin istəklərinin qarşılanması və rəsmi Bakının humanitar fəaliyyətə hesablanmış təklifləri də göstərir ki, Azərbaycanın prioritet məqsədi erməni sakinlərin təminatı, onların daha yaxşı şərtlərdə yaşamasıdır.

Vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi də reinteqrasiya prosesində ən əhəmiyyətli kompenentlərdəndir. Belə bir platformanın yaradılması erməni sakinlərlə təmasların güclənməsinə və onların həm hüquqlarının təmin edilməsi, həm də ehtiyaclarının qarşılanmasında mühüm rol oynaya bilər".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR