26-09-2023, 20:35 464

Qərbi Azərbaycan Xronikası: Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni qızlardan Azərbaycan etirafı” adlı veriliş efirə gedib.

"Report" xəbər verir ki, verilişdə gənc erməni fəalı Culi Bağdasaryan və araşdırmaçı Meri Aslanyanın gerçək tarixi üzə çıxarmaq istəklərinə yer verilir.

Bildirilir ki, Ermənistan hakimiyyəti son 35 ildə ciddi-cəhdlə Qərbi Azərbaycanda Azərbaycan izlərini, əhalisi, yaşam tərzi və yaratdığı mədəniyyəti silmək, danmaq və saxtalaşdırmaq siyasəti yeridir. Onlar saxta və qurama araşdırma, dərslik və monoqrafiyalarda, həmçinin dövri mətbuatda azərbaycanlıların izlərinin silinməsinə demək olar ki, nail olublar. Bu gün çox az mənbədə azərbaycanlıların tarixi yurd yerləri olan ərazilər və yaratdıqları izlər haqqında məlumata rast gəlmək olar. Amma bəzi erməni araşdırmaçılar total saxtalaşdırma və vandallıq siyasəti ilə razılaşmayıb gerçək tarixi üzə çıxarmaq istəyirlər.

C.Bağdasaryan müxtəlif mövzularda bloqunda yazılar verir, özünü vətənpərvər sayır və erməni xəstə siyasətinin qurbanıdır. O, öz həmvətənlərinin və onların havadarlarının törətdiyi əməlin dəhşətini, 1988-ci il hadisələrini erməni saxta məlumatları əsasında təqdim etsə də, Qafan hadisələri nəticəsində azərbaycanlıların qovulmasını və onların ilk qaçqın olmasını etiraf edir.

Gənc araşdırmaçı öz yazılarında Meri Aslanyan 1926, 1939, 1959-cu il siyahıyaalınmalarını xatırladaraq bu məlumatı Ermənistanın saxtalaşdırılan statistikasından götürüldüyünü, real rəqəmlərin isə fərqli olduğunu bildirir: “Məhz Stalinin köçürülmə qərarı ilə Qərbi Azərbaycandan minlərlə yerli azərbaycan əhalisi deportasiya olundu. Onun iradəsi, Mikoyanların fitnəsi ilə boşaldılan hər kəndə, hər evə Suriyadan, Livandan, dünyanın dörd bir yerindən ermənilər gətirilib məskunlaşdırıldı”.

Əslinin Qərbi Azərbaycana köçmə olduğunu bilən M.Aslanyan trüksüz Ermənistan siyasətinin ağır nəticələrini elə rəqəmlərin dili ilə təqdim edir. Onun öz məqaləsinə Qərbi azərbaycanlıları simvolizə edən məqam kimi, bu il 140 yaşı tamam olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin 1939-cu ilə aid fotonu yerləşdirməsi də maraq doğurur. Məhz İrəvan teatrı Qərbi Aərbaycanlıların tarixi-mədəni irsini, mədəni inkişaf səviyyəsini göstərən mühüm tarixi sübutdur. Bu, bir daha İrəvan və onun ətrafında olan mahalların tarixən əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu, orada iri mədəniyyət ocaqları, sənət məbədləri yaratdığını sübut edir.

Verilişdə Culi və Merinin yazılarında indiki Ermənidtanda yaşamış azərbaycanlıların acı taleyi və böyük tarixi izləri özünü əks etdirir: “Bu gənclər ən sadə gerçəyi gizlətmək istəməyib, daha vicdanlı olmaq istəyirlər. Lakin rəsmi təbliğat maşını və ideoloji silahlar erməni əhalisini vicdansızlar toplusuna çevirir”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR