27-09-2023, 13:57 407

Avropa İttifaqı Qarabağda antiterror tədbirlərinin yaratdığı reallığı qəbul edir -  ŞƏRH

Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Qarabağ bölgəsindəki vəziyyət Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında Brüsseldə müzakirə olunub. Şarl Mişellə yanaşı, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qronon da görüşə qatılıb. Azərbaycanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev, Ermənistanı isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təmsil edib. Görüş zamanı Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarını iştirakçıların diqqətinə çatdırıb.

Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir ki, Azərbaycan və Ermənistan dövlət başçılarının İspaniyanın Qranada şəhərində keçiriləcək mümkün görüşündən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər. Eyni zamanda, normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac olduğu vurğulanıb.

Beləliklə, məsələ ilə bağlı Aİ-nin mövqeyində müəyyən dəyişiklikləri hiss etmək mümkündür. Artıq iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasının bölgəyə əmin-amanlıq gətirəcəyi qənaəti formalaşıb. Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq Aİ tərəfindən qəbul edilir.

İkincisi, Avropa İttifaqı təsdiq edir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri-qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlmişdi.

Üçüncüsü, Azərbaycanın nəinki mülki əhalini hədəfə götürmədiyi, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirdiyi sübut olunur. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir. Bölgəni tərk edən erməni sakinlərin açıqlamaları da bunu təsdiq edir.

Dördüncüsü, antiterror tədbirlərinin nəticəsində yaranmış yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhün əldə edilməsi üçün bütün səylərini səfərbər etməlidirlər.

Təbii ki, Avropa İttifaqının bu mövqeyindən bölgədə vəziyyətin gərginləşməsində maraqlı olan bir sıra dövlətlər və təşkilatlar dərs çıxarmalıdır. Söhbət, ilk növbədə, Fransadan gedir. Bu ölkənin xarici işlər naziri Katrin Kolonna növbəti dəfə bölgədə sülh və əmin-amanlığın bərpa olunmasına səy göstərmək əvəzinə, qızışdırıcı açıqlama ilə çıxış edib. Bəyan edib ki, Fransa Ermənistanın Sünik (Zəngəzur) bölgəsində konsulluq açacaq. Ermənistanı silahlandırmaq üçün müdafiə sahəsində əməkdaşlığı dərinləşdirəcəklərini, hətta İrəvandakı səfirlikdə hərbi attaşe olacağını deyib. “Tezliklə sərhəddə yerləşən Zəngəzur bölgəsində konsulluq mərkəzi açacağıq", - Kolonna bildirib. XİN rəhbəri Ermənistanın ərazi bütövlüyünün qorunması üçün səy göstərəcəklərini də deyib. Sual olunur, axı, onun ərazi bütövlüyü üçün kim təhlükə törədir? Təbii ki, heç kim! Sadəcə, Fransa Ermənistanla bağlı məkrli planını həyata keçirməyə çalışır. Plan da Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır. Qarabağda məkrli planı alt-üst olduqdan sonra hədəfi Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaqdır. Bu səbəbdən də Ermənistanın hələ uzun müddət beynəlxalq güclərin qarşıdurma meydanına çevriləcəyini müşahidə edə biləcəyik.

Yeri gəlmişkən, XİN rəhbərindən əvvəl Fransanın prezidenti Emmanuel Makron da Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib.

Fransa son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlını evindən qovmasına, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsini talan etməsinə heç vaxt münasibət bildirməyib. Əksinə, bütün vasitələrlə Ermənistanı müdafiə edərək onun bu əməllərinə şərik olub. Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandığı bir məqamda Fransa prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR