27-09-2023, 18:07 537

XİN-də qanvermə aksiyası keçirilib

Xarici İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunan anım tədbiri və qanvermə aksiyası keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları, o cümlədən 44 günlük Vətən müharibəsi Şəhidlərinin ailə üzvləri iştirak edib.

Tədbir çərçivəsində, öncəliklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 ilə yaxın hərbi işğalına son qoyulduğunu, ərazi bütövlüyümüz ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qəhrəmanlıq salnaməsinin tariximizə qızıl hərflərlə həkk olunduğunu diqqətə çatdırıb.

Torpaqlarımızın işğal altına düşdüyü gündən bu faktla barışmayan ölkəmizin məsələnin sülh yolu ilə həllini tapması üçün daim çalışdığı, lakin Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu, habelə hərbi-siyasi təxribatlarını davam etdirdiyi diqqətə çatdırılıb.

Elə məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi dövründə də Ermənistanın öz təxribatlarını davam etdirdiyi, xalqımızın birliyi və həmrəyliyini pozmaq məqsədilə dəfələrlə mülki əhaliyə qarşı hücumlar və müharibə cinayətləri törədildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov, müharibənin və münaqişənin bitməsinə baxmayaraq ölkəmizin 3 il bundan öncə Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədillməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq təxribatları və mina təhdidini davam etdirdiyini bildirib. Bu xüsusda, Ermənistanın növbəti təxribatların qarşısının alınması üçün ölkəmizin lokal anti-terror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığıına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının hər kəs üçün aydın olduğu diqqətə çatdırılıb.

Bundan sonra da ölkəmizin normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.

Bugünkü post-münaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, bu xüsusda onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.

Daha sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə istehsalı ilə ərsəyə gətirilən "BİZ" tarixi-sənədli filmi nümayiş olunub.

Anım tədbirindən sonra Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı, XİN rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

Daha sonra, Xarici İşlər Nazirliyinin rəhbər heyəti Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin tikildiyi ərazini ziyarət edib və ərazinin girişində xatirə daşının önünə gül dəstələri qoyublar.

Paylaş

Xəbər lenti

Türkiyə MMN Azərbaycanın şəhidlərini ehtiramla anıb Bu gün, 18:48 UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyununda ikinci hissə başlayıb Bu gün, 18:48 İranda müharibə zamanı 7 250 nəfər dağıntılar altından xilas edilib Bu gün, 18:48 Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb Bu gün, 18:48 "44" bədii filminin növbəti tizeri yayımlanıb Bu gün, 17:48 Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq Bu gün, 17:48 UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə oyunda hesabı bərabərləşdirib Bu gün, 17:48 Kiyevdə dron hücumu zamanı azərbaycanlı həlak olub Bu gün, 17:48 FIA prezidenti: "Bakıdakı "Formula 1" tamaşaçılara maraqlı yarış izləmək imkanı yaradır" Bu gün, 16:48 İran Hörmüz boğazında ABŞ ordusuna məxsus ikinci sualtı pilotsuz qurğunu ələ keçirdiyini açıqlayıb Bu gün, 16:48 Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib Bu gün, 16:48 Ərdoğan: "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq" Bu gün, 16:48 Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR