28-09-2023, 21:39 558

Kolumbiya Konqresində Azərbaycanla bağlı təqdimat çıxışı olub

Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbov həmin ölkənin Konqresində ölkəmizin tarixi, yaratdığı yeni reallıqlar, ərazi bütövlüyünü bərpa etməsinin vacibliyi, eləcə də Azərbaycan-Kolumbiya münasibətlərinin inkişaf perspektivlərinə dair geniş təqdimatla çıxış edib.

Azərbaycanın Meksikadakı Səfirliyindən “AVESTA.AZ”a verilən məlumata görə, Kolumbiya Konqresinin hər iki – Senat və Nümayəndələr Palatasının iştirakı ilə keçirilən görüşdə Azərbaycanın dövlətçilik tarixinə nəzər salınıb, müsəlman şərqində ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu qısa müddət ərzində həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinin əhəmiyyətinə toxunulub. 1991-ci ildə yenidən müstəqilliyini əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə, həmçinin erməni işğalının ağır nəticələri üzləşən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən daxili-xarici siyasəti nəticəsində öz müstəqilliyini qoruyub saxlamaqla yanaşı, dinamik və özünəməxsus inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırlıb. Bu gün regiounun ən aparıcı dövlətlərindən biri olan Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu oynadığı, bölgənin enerji xəritəsini bütünlüklə dəyişərək mühüm nəqliyyat və enerji mərkəzinə çevrildiyi bildirilib.

Görüşdə Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə və vandalizm əməlləri barədə danışılıb, 2020-ci ildə 44 günlük şanlı Vətən müharibəsinin nəticəsi kimi bu işğala son qoyularaq tarixi ədalətin bərpa olunduğu vurğulanıb. Lokal xarakterli anti-terror tədbirlərinin görülməsini şərtləndirən səbəblər, Azərbaycanın ərazi bötüvlüyünü bərpa etməklə tarixi zəfərə imza atması, Qarabağın erməni sakinlərinin ölkəmizin konstitusiya çərçivəsinə reinteqrasiyası istiqamətində atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Azərbaycanlı diplomatın çıxışı zamanı Kolumbiya ilə qarşılıqlı hörmət və dostluq əsasında qurulmuş münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub, keçmiş münaqişə ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya Hökumətinə bir daha təşəkkür edilib. Konqresin Nümayəndlər Palatasının Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni üzvlərinə təbriklər çatdırılıb, parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə inam ifadə olunub. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün geniş potensial olduğu bildirilib, o cümlədən Kolumbiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə dəvət olunublar.

Senator Xose Peres çıxış edərək, Azərbaycana səfərini, ölkə Prezidenti ilə görüşünü böyük məmnunluqla xatırlayaraq, ölkəmizdə şahidi olduğu sosial-iqtisadi inkişafdan və Azərbaycan xalqının qonaqpərvərliyindən çox təsirləndiyini qeyd edib. Senator Sakit Okean Alyansında müşahidəçi dövlət qismində iştirak edən Azərbaycanın tezliklə təşkilatın xüsusi sessiyasına ev sahibliyi edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra digər senatorlar və Nümayəndələr Palatasının üzvləri də söz alaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini, Qarabağın erməni əhalisinin ölkəmizin konstitusiyası və qanunları çərçivəsində Azərbaycan cəmiyyətinə reinteqrasiyasını alqışladıqlarını, Kolumbiyanın ölkəmizlə münasibətlərin inkişafına önəm verdiyini və xüsusilə Azərbaycanın münaqişələrin idarə edilməsi təcrübəsinin öyrənilməsinin faydalı olduğunu qeyd ediblər. Kolumbiyalı parlamentarilər Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin, eləcə də qeyri-neft sektorunun inkişafına ayrılan diqqətin təqdirəlayiq olduğunu bildiriblər.

Görüş zamanı, həmçinin təhsil, idman, mədəniyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu və iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda səfir M.Talıbov tərəfindən ölkəmizdə və regionda cərəyan edən hadisələrlə bağlı auditoriyada maraq doğuran suallar cavablandırılıb, Kolumbiya Konqresinin rəsmi televiziyasına Azərbaycan həqiqətləri ilə bağlı müsahibə verilib.

Görüş Konqresin yutub kanalı vasitəsilə canlı yayımlanıb.


Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR