2022-ci ildə Azərbaycanda 4843 nəfərə fəxri adlara görə təqaüd təyin olunub.
Avesta ki, bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Fəxri ada görə təqaüd təyin olunanlardan 265 nəfəri “Xalq”, 4578 nəfər isə “Әmәkdar" titulu daşıyanlardır.
“Xalq” fəxri adına görə təyin olunmuş təqaüdün məbləği 150 manat, “Әmәkdar" fəxri adına görə təqaüdün məbləği isə 100 manat müəyyən edilib.
Müqayisə üçün qeyd edək ki, ötən il 3276 nəfərə (261 nəfər “Xalq”, 3015 nəfər “Əməkdar”) fəxri adlara görə təqaüd kəsilib. Rəqəmlər fəxri ad alanların sayının xeyli artdığını deməyə əsas verir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.