"Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır".
"Report" xəbər verir ki, bunu Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq işlərə başlanılıb: "Həmin ərazilərdə hələ ki məskunlaşma yoxdur, insanlar oraya köçürülməyib. Bu mənada qismən zəruri tədbirlər həyata keçiririk".
S.Poladov həmçinin bildirib ki, bu günədək azad edilmiş ərazilərdə 98 min hektardan artıq ərazi minalardan təmizlənib: "Onminlərlə tank əleyhinə minalar aşkarlanıb. Onların arasında partlamamış sursatlar, piyada əleyhinə minalar da var. Aşkarlanan minaların çoxu plastik tank əleyhinə minalardır. Onların tərkibində metal tərkibi az olduğu üçün aşkarlanması çətinləşir. Minaların çoxu ermənilərin öz istehsalıdır. Onlar Rusiya istehsalı olan minaların bənzərini yaratmağa çalışıblar. Bütün bunlara baxmayaraq, işlər davam etdirilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.