2-10-2023, 15:52 2013

"Kəpəz" Azərbaycan Premyer Liqasının VIII turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzaraq turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadirov "AVESTA.AZ"un suallarını cavablandırıb.

Funksioner çempionatdakı uğursuz çıxış və digər məsələlər haqqında danışıb.

- "Kəpəz" 8 oyundan sonra sonuncu pillədədir. Bunun səbəbini nədə və kimdə görürsünüz?
- Bir az ağır sual oldu. Əslində bunu gözləmirdik. Dünənki qarşılaşmada ən azı qələbə və ya heç-heçəyə ümid edirdik. Təəssüf ki, ev matçımızda sonuncu sırada qərarlaşan kollektivə uduzduq. Bu, hər iki tərəf üçün vacib görüş idi. Artıq növbəti oyuna hazırlaşacağıq. 7-9-cu pillələrdə yer alan komandalarla aramızda 3 xallıq fərq var ki, bu da bir qələbə deməkdir. Qələbə qazanaraq mövqeyimizi dəyişməyə çalışacağıq.

- Azarkeşlər həmin görüş başa çatmamışdan əvvəl "istefa" şüarları səsləndirdilər. Siz bu barədə nə düşünürsünüz?
- Fanatların "istefa" şüarını səsləndirməsini başa düşə bilmirəm. Niyə istefa şüarı səsləndirirlər? Kluba dəstək olmaq əvəzinə bunu edirlər. "İstefa" şüarı səsləndirəndə komanda yaxşı oynayır? Əksinə, bu, futbolçulara pis təsir edir. "Kəpəz"ə sonadək dəstək olmaq lazımdır. Azarkeşlər stadiona gəlirlər, komandadan qələbə gözlədiklərini də başa düşürük. Bizə qarşı çıxış edən rəqiblərin hər biri də buraya uduzmağa gəlmir. Çempionatdakı kollektivlərin hər birinin gücü və potensialı var. İstənilən klub digərini məğlub edə bilir. Bunun da şahidi oluruq. Ötən mövsüm "Qəbələ" Premyer Liqada ən yaxşı klublardan biri idi. Ölkə kubokunun qalibi olublar, avrokuboklarda iştirak ediblər. Dünənə qədər axırıncı sırada idilər. Bu isə o deməkdir ki, çempionat kifayət qədər çətinləşib. Azarkeşlər səbirli olub bizə dəstək verməlidirlər. "İstefa" şüarının səsləndirilməsi bizim oyunçularda xüsusi dəyişikliyə səbəb olmayacaq.

- Gedişatı dəyişmək üçün hansı addımlar atmağı planlaşdırırsınız?
- Hazırda ancaq bir qələbə qazanmaq lazımdır. Yenidən deməyə ehtiyac yoxdur. Mövsümün əvvəlində, ötən ildən bilirdik ki, komandanın dayanıqlı maliyyəyə ehtiyacı var. İmkanlar geniş olmalıdır. Klub vaxtında bir araya gəlməli və təlim-məşq toplanışı keçməli idi. Bunları ötən ildən deyirik. Bu problemlər, sponsorun olmaması bu günün məsələsi deyil.

- Gəncə şəhərinin icra başçısı klubla bağlı iş adamları ilə görüşmüşdü. Onlardan kimsə dəstək oldu?
- Heç bir nəticə olmadı və heç kimin köməyi dəymədi. Bu günə qədər komandaya ciddi dəstək və yardım olmayıb.

- Futbolun İnkişafı Fondu (FİF) sponsor tapılması üçün axtarışları davam etdirir?
- Onlar da çox səy gösərirlər, biz daim danışırıq, müzakirə edirik. Komandaya digər klublar kimi dayanıqlı sponsorun cəlb edilməsini istəyirik. Lakin bu, baş tutmur.

- FİF "Kəpəz"ə avtobus alınması üçün layihəyə də start vermişdi. Bu da hələlik gerçəkləşməyib.
- "100 k" layihəsi ötən il başlamışdı. Gəncəli azarkeşlər layihə başlamamışdan əvvəl deyirdilər ki, klubun hesabı olsun, kömək göstərəcəyik. Digər fikirlər də səsləndirirdilər. Amma təəssüf ki, bu mövzu da dildə deyildiyi kimi əməldə yerinə yetirilmədi. Çox zəif iştirak etdilər. Avtobusun alınması üçün 100 min manat yığılması nəzərdə tutulmuşdu. Digər hissəsi isə köməkli şəkildə qarşılanıb avtobus alınmalıdır. Sadəcə, bu layihə artıq bir ildən çoxdur ki, azarkeşlərə təqdim edilib və ətraflı izah olunub. Lakin bizim azarkeşlər komandaya sevgisini tam göstərə bilmədilər.

- Klubun akademiyasının açılışı nə vaxta nəzərdə tutulub?
- Artıq tikinti işləri tam yekunlaşıb. Digər məsələlər qalıb. Açılışla bağlı tarixin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir. Düşünürəm ki, uzun çəkməyəcək.

- Gəncə şəhər stadionunun söküləcəyi və yerində yeni arenanın tikiləcəyi deyilir. Bu nə vaxta planlaşdırılır?
- Bununla bağlı xoş xəbərlər var. Sadəcə, stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Tikiləcəyi təqdirdə inşa işlərini də onlar icra edəcəklər. Sualı nazirliyə ünvanlasanız, daha yaxşı olar.

- Bəs ev oyunlarını harada keçirmək istəyirsiniz?
- Ötən mövsümün əvvəlində "Qəbələ"yə müraciət etmişdik. Onlar da bizə hər cür şərait yaratmışdılar. Stadionun inşasına başlanılsa, alternativ variantlara nəzər yetirəcəyik. Hələlik rəsmi olaraq tarix müəyyənləşmədiyi üçün hansısa klubla danışmamışıq.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR