
Nigerin qərbində dini radikallar olduğu güman edilən şəxslərin hücumu nəticəsində 29 hərbçi ölüb.
“AVESTA.AZ” -yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Agentlik diqqətə çatdırıb ki, bu, hərbçilər hakimiyyəti ələ keçirməsindən sonra ölkədə baş verən ən qanlı insidentdir.
Nazirliyin televiziya vasitəsilə yayımlanan bəyanatında ki, “100-dən çox terrrorçu” hadisədə iştirak edib. Onun sözlərinə görə, hücum edənlər “əldəqayırma partlayıcı qurğular və kamikadze nəqliyyat vasitələrindən” istifadə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.