13-08-2022, 10:34 879

Zəngəzur dəhlizi açılmasa, kütləvi köç başlayacaq

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirəcək və bütün region dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək Zəngəzur dəhlizi açılmalıdır. Ancaq həmin sənədin imzalanmasından 1 il 9 ay keçməsinə baxmayaraq, dəhliz hələ də açılmayıb. Buna səbəb Ermənistanın siyasi rəhbərliyinin qeyri-sabit mövqeyidir. 

 

Ermənistan tərəfi bir tərəfdən sülhə hazır olduqlarını, Azərbaycana qarşı ərazi iddialarında olmadıqlarını bildirir, digər tərəfdən hərbi təxribatlara əl atırlar. Sülhdən yayınmaq üçün vəziyyəti qəsdən mürəkkəbləşdirirlər. Ermənistanın ikili oyunları iki ilə yaxındır reallaşması gündəmdə olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyir.

 

Bəs, Zəngəzur dəhlizinin açılmasına mane olan tərəfi nələr gözləyir? 

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik siyasəti, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan tərəf məhz Ermənistandır. Onun sözlərinə görə, İrəvan dəhlizin açılmasının onlara faydalı olacağını başa düşmək istəmir:

 

“Ermənistanın rəsmi dairələri bunu açıq bildirməsələr də, hər halda məsələnin həllinə maraq göstərmirlər. Ermənistan ictimaiyyətində isə dəhlizlə bağlı çox ciddi fikir ayrılıqları var. Ancaq iş burasındadır ki, bu dəhliz açılarsa, ən çox fayda görən tərəf Ermənistan olacaq. Dəhlizin mövcud olması Ermənistan büdcəsinə heç bir  investisya qoyulmadan, əlavə xərc çəkilmədən böyük vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.

 

Deputat qeyd edib ki, Zəngəzur təkcə Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz olmayacaq:

 

“Bu layihə onlarla ölkənin Zəngəzur dəhlizi vasitəsilə öz iqtisadiyyatını bir-birinə birləşdirməsinə səbəb olacaq. Azərbaycanın Naxçıvanla birləşmək üçün alternativ variantları var. Əgər Ermənistan dəhlizin açılmasına razılıq verməsə, Azərbaycan İran ərazisindən avtomobil və dəmiryolu xətti çəkməklə alternativ variantı işə salacaq. Uduzan yenə Ermənistan olacaq.

 

Vaxtilə Azərbaycan torpaqlarının işğalda saxlanılması neft və qaz kəmərlərinin Ermənistan ərazisindən keçməsinə mane oldu. Azərbaycan indi də alternativ variantını işə salacaqsa, artıq Zəngəzur dəhlizinin zərərini ilk növbədə Ermənistan çəkəcək. Ermənistan əhalisi ölkənin gələcək prespektivini görmədiyi üçün durmadan ölkədən köçür. Əgər razılıq verməsələr, hazırkı ağır vəziyyət daha da kəskinləşəcək. Ermənistandan yenə də kütləvi köç başlayacaq”.

 

Deputat Rasim Musabəyov isə qeyd edib ki, Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı salmaq üçün ciddi təzyiq göstərmək lazımdır:

 

“Hazırda biz dəhlizin açılması üçün Ermənistana təkliflər verir, eyni zamanda təzyiq göstəririk. Ancaq qarşı tərəf inad etsə, özlərini nəqliyyat blokadasında saxlamalı olacaqlar. Hələ üstəlik Laçın dəhlizini də bağlamaq imkanımız olacaq”.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR