
Sumqayıt şəhərində küçədən kişi meyiti aşkarlanıb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə Sumqayıt şəhər Üzryir Hacıbəyli küçəsi, 9-cu mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Zaur adlı 50-55 yaşlarında olan şəxsin ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
Hadisə yerinə Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının briqadası cəlb olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.