5-10-2023, 12:55 526

Soyqırımı, etnik təmizləmə, işğalçılıq - Fransa və Ermənistanı birləşdirən

Mövcudluq tarixi soyqırımı, etnik təmizləmə və müstəmləkəçilik üzərində qurulan Fransa yenə öz ampluasındadır. Bu ölkənin erməni lobbisindən yemlənən Senat sədri Jerar Larşe “Fiqaro” jurnalına müsahibəsində Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə bağlı hədyan və böhtan dolu fikirlər səsləndirib. Ortaya heç bir fakt, dəlil-sübut qoymadan Qarabağda silahlı quldur birləşmələrinə qarşı həyata keçirilənləri “etnik təmizləmə” adlandırıb. Spiker hətta Ermənistanın belə cürət edib bu ifadəni dilə gətirmədiyi halda böhran və qərəzli açıqlama ilə çıxış edib. Ermənidən artıq erməni olmağa çalışıb. Görünən odur ki, Prezident Emmanuel Makron və komandası Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasında ən böyük maneəyə çevrilir. Geosiyasi maraqlarının təmin olunmasında ermənilərdən vasitə kimi istifadə etməyə çalışır.

Azərbaycanı etnik təmizləmədə ittiham edən Makronun əlaltısı dönüb öz dövlətinin keçmişinə baxsa, yaxşı olardı. Soyqırımılar, bütöv xalqların məhv edilməsi, sərvətlərinin talanıb daşınması - müasir Fransanı bu fikirlərlə xarakterizə etmək olar. 30 il torpaqları işğal altında qalan, milyondan artıq insanı qaçqın vəziyyətinə salınan, soyqırımılar yaşayan Azərbaycanı etnik təmizləmədə ittiham etmək, sadəcə, həyasızlığın pik həddi adlandırıla bilər. Son antiterror tədbirləri zamanı bunun şahidi olduq. Nə Ermənistan, nə də bölgəyə səfər edən BMT missiyası hər hansı bir etnik təmizləmə, dinc sakinlərə qarşı zorakılıq, dağıntı faktlarını qeydə ala bilməyib. Belə olan halda, Fransa rəsmisi hansı etnik təmizləmədən bəhs edir?

Senat rəhbəri “unudur” ki, məhz onun ölkəsi yüz illər boyu etnik təmizləmə, soyqırımılara yol verib. Şimali Afrika ölkələrində müsəlmanlara qarşı törətdiyi cinayətləri, qırğınları xatırlasın. Təkcə Əlcəzairdə 130 il yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. Parisin idarəçiliyi dövründə bu ölkədə milyon yarım insan soyqırı­mına məruz qalıb. Əlcəzairdə Fransa zülmünə qarşı üsyan qaldıran müca­hidlərin kəllə sümükləri hərbi qənimət kimi bu gün də Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilir. Fransada imperiya zehniyyəti, koloni­al təfəkkür və müstəmləkəçi yanaşmanın hakim olduğunu göstərən faktlar yüzlərlədir. Dünyanın digər bölgələrinə də bu prizmadan yanaşan Fransa özünün təsir zonalarını, nüfuz dairələ­rini müəyyənləşdirir.

Tək Əlcəzairlə kifayətlənməyib Burkino-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədib. “Demokratiya beşiyi” kimi özünü dünyaya sırımağa çalışan Fransa yerli dilləri sıxışdırıb fransız dilini dövlət dili etmək siyasəti yürüdüb. Korsikada və digər ərazilərdə baş verənlər bunun bariz nümunəsidir. Aralıq dənizinin şimalında yerləşən Korsika adasından Parisə olan məsafənin min kilometrdən uzaq olmasına baxmayaraq, Fransa bu ərazini öz müstəmləkəsi hesab edir. Adada hər addımbaşı fransızlara etiraz əlaməti olan yazılara rast gəlmək mümkündür.

“Fransanın bacısı” Ermənistan da cinayətlər və soyqırımılar törətməkdə Parisdən ilhamlanıb. Dəst-xətt də eynidir. Fransa özü kimi tarixi cinayətlərlə dolu olan Ermənistanı müdafiə edib. Rəsmi İrəvan Qarabağda etnik təmizləmələr həyata keçirəndə də Fransanın "təcrübəsindən" istifadə edib. Xocalıdakı soyqırımı zamanı dinc sakinlərə qarşı həyata keçirilən vəhşilik, vandalizm bunun sübutudur.

İki ölkəni iqtisadi, siyasi məqsədlərlə yanaşı, həm də cinayətlər hesabına ərazi genişləndirmə siyasəti də birləşdirir. Hər iki ölkə başqa torpaqlara zorla daxil olub, həm ərazisini genişləndirib, həm də müsəlmanlara qarşı qırğınlar törədiblər. Digər bir məsələ - Fransa törətdiyi soyqırımıları və insanlıq əleyhinə cinayətlərinə görə heç bir üzrxahlıq etməyib. Fransa Prezidenti Emmanuel Makron cinayətləri nəinki etiraf edib, üzr də istəməyib. Hətta bu siyasətin davam etdirilməsinin və bu cinayətlərə bəraət qazandırılması­nın tərəfdarı kimi çıxış edir ki, bu da tamamilə yolverilməzdir. Ermənistanın da Fransadan ilhamlanıb Azərbaycan qarşısında üzrxahlıq etmək istəməməsi bundan qaynaqlanır.

Fransa Senatının anti-Azərbaycan, Azərbaycanofobiya mövqeyinin səbəbi tək ermənilərdən yemlənməsi ilə bağlı deyil. Fransa hakimiyyəti etiraf etməsə də, Bakının ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosu nazirlərinin bu ilin iyul ayında görüşü Fransaya əməllicə problem yaradıb. Fransada yaşanan son hadisələr, bu ölkənin uzun illərdir apardığı müstəmləkəçilik siyasətinə qarşı ilk dəfə Bakıda çıxışlar səslənib. İlk dəfə olaraq məhz Bakıda rəsmi Parisin müstəmləkə və irqi ayrı-seçkilik siyasəti sərt tənqidlərə tuş gəlib - Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılıq əldə olunub. Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yollarını, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar. Bakıda qəbul edilən bəyanat Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olub. Məhz bu tədbirdən sonra Fransanın keçmiş müstəmləkələrində antikolonial çıxışlar və aksiyalar güclənib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR