
Cəlilabad rayonunda içməli su xəttində baş verən qəza aradan qaldırılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisəyə ilkin səbəb kimi zəlzələ göstərilir. Belə ki, zəlzələ nəticəsində su borusu yerindən oynayıb.
Qeyd edək ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Nəticədə içməli su yola axıb. Hadisədən sonra "Azərsu" ASC-nin əməkdaşları qəza yerinə cəlb olunub və bir küçəyə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Nəticədə içməli su yola axıb. Hadisədən sonra "Azərsu" əməkdaşları qəza yerinə cəlb olunub. Həmin küçəyə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda qəzanın aradan qaldırılması üçün işlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.