
İngiltərə millisinin sabiq futbolçusu Piter Krauç 42 yaşında karyerasını bərpa edə bilər.
“AVESTA.AZ” xəbər verir ki, Birinci Liqa təmsilçisi “Berton Albion” keçmiş hücumçunun klubun formasında şəklini sosial şəbəkədə paylaşıb.
Paylaşımda “möhtəşəm qayıdış” yazısı Krauçun yenidən yaşıl meydanlara dönəcəyi iddialarını artırıb. Ancaq onun futbolçu, məşqçi, yoxsa rəhbər kimi kluba xidmət edəcəyi barədə oktyabrın 8-də məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Piter Krauç 2019-cu ildə karyerasını başa vurub. O, Premyer Liqada 468 oyunda 106 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.