7-10-2023, 12:55 365

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” neft qiymətlərinin qarşıdakı rüblərdə sabit qalacağını, “Brent” markalı neftin orta qiymətinin 2023-cü ilin qalan hissəsi və 2024-cü ildə 1 barel üçün 85 ABŞ dolları olacağını gözləyir.

“Report” "S&P" agentliyinin araşdırmasına istinadən xəbər verir ki, iyunun sonundan etibarən “Brent” markalı neftin qiyməti 28 % artaraq 1 barel üçün 95 ABŞ dollarından yüksək olub və bu da qismən Səudiyyə Ərəbistanının hasilatın azaldılmasına dair qərarı ilə bağlıdır.

“Enerji qiymətlərinin artması inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları tərəfindən gələcək faiz dərəcələrinin azaldılmasını ləngidə və ya gecikdirə bilər”, - hesabatın müəllifləri qeyd ediblər.

Beynəlxalq reytinq agentliyi hesab edir ki, enerji sektoru inkişaf etməkdə olan ölkələrin istehlak qiymətləri indeksi (İQİ) səbətində inkişaf etmiş ölkələrə nisbətən əhəmiyyətli dərəcədə yüksək çəkiyə malik olmağa meyllidir: “Belə ki, inkişaf etməkdə olan ölkələrdə həm nəqliyyat üçün yanacaq, həm də ev təsərrüfatları üçün elektrik enerjisi daxil olmaqla, enerji xərcləri İQİ səbətinin 10 %-ni təşkil edir. Məsələn, ABŞ-da bu rəqəm 6,9 %-dir. Bəzi inkişaf etməkdə olan ölkələrdə enerji sektorunun İQİ-də payı ABŞ-dakından iki-üç dəfə çoxdur. Məsələn, Polşada enerji qiymətləri İQİ səbətinin 18,3 %-ni, Macarıstanda isə 13,3 %-ni təşkil edir. Ötən illə müqayisədə enerji resurslarının orta qiymətinin aşağı olması deflyasiya prosesinə kömək edib. Lakin neft qiymətlərindəki son artım davamlı olarsa, bu tendensiyanı ləngidə və ya hətta geri sala bilər. İnkişaf etməkdə olan ölkələrdə enerji qiymətlərinin artımı 2022-ci ildə illik 15,5 %-dən bu il (avqusta olan göstəriciyə əsasən) 4,2 %-ə qədər azalıb”.

Lakin araşdırmada iki əsas məsələ diqqət çəkir: "Son aylarda təbii qazın qiymətləri sabit qalır. Bu o deməkdir ki, təbii qaz ciddi şəkildə bahalaşmasa, bir çox hallarda hasilatı “mavi yanacağ”a əsaslanan elektrik enerjisinin qiyməti çox da artmaya bilər. Bundan başqa, bəzi inkişaf etməkdə olan iqtisadiyyatlarda enerji qiymətləri (elektrik və ya yanacaq) hökumət tərəfindən tənzimlənir, yəni qlobal enerji qiymətlərindəki artımlar həmişə daxili enerji qiymətlərində oxşar artımlara çevrilmir. Belə hallarda hökumət adətən subsidiya hesabına bu xərcləri üzərinə götürür”.

Agentliyinin hesabatında bildirilib ki, neft qiymətlərinin son artımı ABŞ dollarının geniş miqyasda yenidən möhkəmlənməsi fonunda baş verir və bu, inkişaf etməkdə olan bazarlarda inflyasiyaya potensial təsirləri artırır: “Çili pesosunda neftin qiyməti iyunun sonundan etibarən təxminən 45 %, Macarıstan forintində 40 %, Polşa zlotısında və Türkiyə lirəsində isə təxminən 35 % artıb”.

Qeyd edilib ki, neft qiymətlərindəki son artım davam edərsə, inkişaf etməkdə olan ölkələrin bəzi mərkəzi bankları faiz dərəcələrinin azaldılmasını ləngidə və ya gecikdirə bilər: “Bu ölkələrdə enerji qiymətləri artarsa, xarici hesab balansları əhəmiyyətli dərəcədə pisləşə bilər və bu, daxili valyutaların dəyərdən düşməsinə təzyiq göstərir (xarici maliyyələşdirməyə ehtiyacları artırır)”.

İnkişaf etməkdə olan ölkələrdən olan böyük xalis enerji idxalçıları qrupu arasında yüksək enerji qiymətləri Çili, Polşa və Macarıstanda faiz dərəcələrinin azaldılması tempini ləngidə, Tailand, Filippin və Hindistanda faiz dərəcələrinin aşağı salınmasının başlanmasını gecikdirə və faiz dərəcələrinin daha da artırılmasını təşviq edə bilər. "Bu proses Türkiyədə də gözlənilir. Türkiyənin Mərkəzi Bankı daha konservativ pul-kredit siyasətinə keçir və bu da faiz dərəcələrini əhəmiyyətli dərəcədə artıraraq ikirəqəmli inflyasiya ilə (avqustda illik 60 % civarında) mübarizə aparmaq deməkdir. Repo əməliyyatlarının bir həftəlik faiz dərəcəsi iyunda olan 8,5 %-dən hazırda 30 %-ə qədər yüksəlib. Gələn aylarda da bu artımın davam edəcəyi gözlənilir. Yüksək enerji qiymətləri inflyasiya gözləntilərini və faiz dərəcələrinə təzyiqi artıra bilər”, - "S&P" hesab edir.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR