
Səudiyyə Ərəbistanı ABŞ-a “qara qızıl”ın qiymətlərinin yüksək olacağı təqdirdə 2024-cü ilin əvvəlində neft hasilatını artıracağını bildirib.
“AVESTA.AZ”un məlumatına görə, bunu “The Wall Street Journal” (WSJ) Amerika və Səudiyyə rəsmilərinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, bu yolla Ər-Riyad müdafiə və İsraillə bağlı razılaşma üçün Konqresin rəğbətini qazanmaq istəyir.
ABŞ ilə saziş Səudiyyə Ərəbistanı üçün müdafiə paktı, eləcə də nüvə sahəsində mümkün əməkdaşlığı təmin edəcək. Bunun müqabilində Ər-Riyad İsraili tanımalı olacaq.
ABŞ rəsmiləri sentyabr ayında Səudiyyə Ərəbistanına səfər edərək, neft qiymətlərinin artması səbəbindən Vaşinqtonda dəstək qazanmağın daha çətin olacağını izah ediblər. Ər-Riyad rəsmiləri qərar qəbul edərkən bazar şərtlərini rəhbər tutacaqlarını bildiriblər. Onlar iddia edirlər ki, bu, qiymətlərin aşağı salınması üçün uzunmüddətli razılaşma deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.