Suriyanın Münbiç bölgəsindən Türkiyənin Karkamış rayonuna (Qaziantep) raketlər atılıb.
Avesta oxu.az-a istinadə xəbər verir ki, hücum PKK/YPG terrorçuları tərəfindən həyata keçirilib.
Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.
Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.
Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.
Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.