9-10-2023, 12:51 810

Azərbaycandakı poçt operatorları yol hərəkəti qaydalarının pozulmasına görə güzəşt istəyir

Azərbaycanda fəaliyyət göstərən poçt operatorları yol hərəkəti qaydalarının pozulmasına ödənilən cərimələrə imtiyaz və yaxud güzəşt istəyir.

"AVESTA.AZ" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurum - nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt operatorları ilə “Effektiv tənzimləmə sağlam rəqabətin əsası kimi” mövzusunda görüş keçirib. Əsas məqsəd poçt operatorlarının qarşılaşdıqları problemlərin operativ həlli üçün tənzimləyici çərçivələrin formalaşdırılması, poçt rabitəsinin tənzimlənməsi sahəsində toplanmış xarici təcrübənin ümumiləşdirilməsi və təcrübə yönümlü yanaşmaların işlənib hazırlanması, eləcə də poçt rabitəsi sahəsində işin səmərəliliyinin artırılmasında operatorların rəy və təkliflərinin dinlənilməsi olub.

Görüşdə İKTA və poçt operatorları arasında əməkdaşlıq çərçivəsində bu kimi müzakirələrin əhəmiyyəti vurğulanaraq poçt rabitəsi sahəsində tənzimlənmənin, buradakı xidmət bazarlarının təhlili və formalaşdırılmasının, hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsinin vacibliyi vurğulanıb.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər səsləndirib. Qeyd edilib ki, poçt rabitəsi sahəsində hazırkı qanunvericilik daha çox universal poçt xidmətlərini əhatə edir və xidmət bazarlarında daha rəqabətli, müasir poçt xidmətlərinin tələblərinə cavab verən yeni qanunvericilik bazasının yaradılmasına ehtiyac yaranıb.

Bu istiqamətdə ilk addım olaraq hazırda İKTA-nın poçt operatorlarının xidmət bazarında fəaliyyətinin tənizmlənməsi məqsədilə “Sürətli poçt xidməti üzrə lisenziya şərtlərinə dair Qaydaları”n layihəsini hazırlaması və təsdiq etməsi, “Poçt haqqında” mövcud qanuna zəruri dəyişiklik layihəsinin hazırlanması istiqamətində işlərin aparıldığı, növbəti mərhələlərdə isə “Poçt haqqında” yeni qanun layihəsinin hazırlanacağı diqqətə çatdırılıb.

Poçt operatorları lisenziya alınması zamanı üzləşdikləri çətinliklərdən danışıblar. Bildirilib ki, lisenziya alınması zamanı onlara qoyulan bəzi tələblər regionlarda poçt obyektlərinin fəaliyyəti üçün uyğun məkanların tapılmasında çətinliklər yaradır. Bundan başqa, poçt bağlamaları daşıyan nəqliyyat vasitələrinin dayanma, durma və parklanma qaydalarını pozmasına görə ödənilən cərimələrə imtiyaz və ya güzəşt tətbiq olunması məsələsi də nəzərdən keçirilib.

Müzakirələrdə agentlik nümayəndələri xidmət bazarında keyfiyyətə müsbət təsir göstərəcək bir sıra vacib məsələlərə toxunub. Poçt operatorları öz növbəsində qeyd ediblər ki, rəqabət mühitinin formalaşdırılması və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə poçt operatorlarına qarşı qoyulan tələblər sərtləşdirilməli, eləcə də xidmət bazarında haqsız rəqabətin qarşısını almaq məqsədilə lisenziyasız fəaliyyət göstərən poçt operatorlarına qarşı yoxlamalar artırılmalı və cəza tədbirləri görülməlidir.

İştirakçılar bu kimi görüşlərin gələcəkdə də keçirilməsinin və poçt operatorları ilə əməkdaşlığın daha da gücləndirilməsinin önəmini vurğulayıb.

Paylaş

Xəbər lenti

Cəbrayılda avtomobil aşıb, sürücü ölüb Bu gün, 09:48 Brent neftinin qiyməti 110 dolları ötdü Bu gün, 09:48 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq Bu gün, 09:48 UEFA Konfrans Liqasında bu gün II turun oyunları keçiriləcək Bu gün, 09:48 Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub Bu gün, 08:48 Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər Bu gün, 08:48 Çempionlar Liqası: "Real" qələbə qazanıb, "Mançester Yunayted" məğlub oldu Bu gün, 08:48 Qahirə Hüseynova yüksək vəzifəyə təyin olundu Bu gün, 08:48 Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Dünən, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Dünən, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Dünən, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Dünən, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Dünən, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Dünən, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Dünən, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Dünən, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Dünən, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Dünən, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Dünən, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Dünən, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Dünən, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Dünən, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR