
Güclü külək Sumqayıtda bir sıra fəsadlar törədib, iri gövdəli ağacları aşırıb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, güclü küləyin təsirindən şəhərin 6, 8 və 9-cu mikrorayonlarında, eyni zamanda 14 və 42-ci məhəllələrində, Lüdviqşafen parkında irigövdəli ağacları kökündən qopararaq aşırıb. Ağaclardan biri həyətdə park edilmiş avtomobillərdən birinin üzərinə düşüb. Nəticədə nəqliyyat vasitəsi zərər görüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.