10-10-2023, 19:59 511

Qərbi Azərbaycan Xronikası: “Ermənilərin ölülərə qarşı qisas cinayəti”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilərin ölülərə qarşı qisas cinayəti” adlı veriliş efirə gedib.

"AVESTA.AZ" xəbər verir ki, verilişdə bir neçə beynəlxalq mükafata layiq görülən Pəmbək mahalının Qarakilsə şəhərində çalışan jurnalist Naira Bulqadaryanın a1plus saytında Qərbi Azərbaycanda olan qəbirlərlə bağlı məqaləsinə yer verilir.

O yazır ki, 104 yaşında dünyasını dəyişən Anagiz Əliyevanın məzarı Ermənistanın Lori rayonunun Saral kəndinin unudulmuş qəbiristanlığındadır:

“Qəbir daşında belə yazılmışdır: Əliyeva Anagiz Məmməd Qızı 1880-1984”. Ermənistan hökumətinin Azərbaycan qəbiristanlıqlarının bərpası üçün heç bir vəsait ayırması yoxdur, çünki hökumətin fikrincə, onlar tarixi və mədəni dəyəri təmsil etmir. Münaqişənin inkişafı ilə yanaşı, hər iki ölkədə abidələr, daha çox qəbiristanlıqlar zədələnib. Lori rayonunun 20 azərbaycanlı kəndindən biri olan Saralın iki azərbaycanlı qəbiristanlığı hazırda tərk edilmiş və məzar daşlarının çoxu sındırılıb. Nor Xaçakap (Saral) kəndinin başçısı Surik Truzyan xatırlayır ki, Ermənistanın başqa rayonlarından da buraya gəlib, azərbaycanlı məzar daşlarını maşınlara yükləyib emal etmək və ya satmaq üçün aparıblar”.

Verilişdə qəbir və qəbiristanlığın bütöv bir millətin tarixini, adəti göstərən memarlıq nümunəsi, sivil xalqların ehtiramla yad etdikləri, qoruduqları yerlər kimi təqdim olunur, Azərbaycanda müxtəlif dövrlərə və müxtəlif xalqlara məxsus qəbir yerlərinin ehtiramla qorunduğu qeyd edilir.

Bildirilir ki, XX əsr ərzində Qərbi Azərbaycanda qətliamlar törədən ermənilər, bir neçə dəfə Azərbaycan türklərinə məxsus məscid, türbələri yandırıb, qəbiristanlıqları yerlə bir ediblər. İrəvan şəhərindəki Təpəbaşı məhəlləsində və ya Dəmirbulaqda olan qəbirlər yerlə-yeksan olunmuş izi-tozu qalmayıb:

“Toxmaqgöl qəbiristanlığı da 1988-ci ildə buldozerlərlə məhv edilib. Dəmirbulaqda olan qəbiristanlığın yerində Türkiyədən köçürülən ermənilər üçün evlər tikilib. Neçə-neçə kənd, şəhər və mahallar boyunca səpələnmiş Azərbaycan türklərinin qəbir yerləri yerlə-yeksan edilib. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi vandalizm siyasətidir”.

Süjetdə Ermənistan Mədəniyyət Nazirliyinin azərbaycanlı qəbiristanlıqları ilə bağlı məlumatları saxtalaşdırdığı, son yüz il ərzində erməni vandalizmi nəticəsində ən azı 500-dən çox qəbiristanlığın yer üzündən silindiyi diqqətə çatdırılır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanda min illər boyu yaşayan Azərbaycan türklərinin tarixi-mədəni izləri, abidələri məzarlıqları kütləvi şəkildə dağıdılıb, silinib və ya saxtalaşdırılıb: “Bu, bir millətə qarşı yönəlmiş məqsədli vandalizm əməlindən başqa bir şey deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR