11-10-2023, 13:31 956

Azərbaycan və Türkiyənin atdığı uğurlu hərbi və diplomatik addımlar nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bakı və Ankara bu gün bölgənin əsas geosiyasi aktorları kimi proseslərə yön verirlər və bu da region üçün yeni perspektivlər açır.

Son dövrlərdə gündəmə gələn əsas regional məsələlərdən biri "3+3" platforması ilə bağlıdır. Qeyd edək ki, platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin müəllifləri Azərbaycan və Türkiyədir. Məqsəd region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etməkdir.

Maraqlıdır ki, son zamanlar Azərbaycan və Türkiyədən başqa, digər dörd iştirakçıdan da bu məsələ ilə bağlı müsbət siqnallar gəlir. Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Nazir hesab edir ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

Bundan başqa, dünən, oktyabrın 10-da Hüseyn Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə edib. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyan da dünən söyləyib ki, İrəvan "3+3" formatında görüşlər keçirməyə hazırdır.

Əvvəllər bu ölkələr "altılıq platforması"na o qədər də isti yanaşmasalar da, indi vəziyyət dəyişib. Əsas səbəb də odur ki, sözügedən aktorlar Bakı və Ankaranın yaratdığı reallıqları qəbul edirlər. İkinci bir tərəfdən, demək olar ki, bütün dövlətlər başa düşür ki, indiki beynəlxalq “qaçhaqov” mühitində təkbaşına nəyəsə nail olmaq mümkün deyil. Bu cür cəhdlər nəhəng aktorların maraqlarının təmin olunması üçün şərait yaratmaq deməkdir. Məhz bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ illər əvvəl bildiriblər.

Lakin "altılıq platforması"nın reallaşması o qədər də asan məsələ deyil. Bunun üçün bəzi regional oyunçulardan siyasi iradə tələb olunur.

Son zamanlara qədər "3+3" platformasının reallaşmasına mane olan bir neçə səbəb var idi: Azərbaycanla Ermənistan arasındakı gərginlik, İranın destruktiv yanaşması və Rusiya ilə Gürcüstan arasında olan problemlər.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün tarixi fürsət yaranıb. Çünki Qarabağ problemi tam həllini tapıb, rəsmi Bakı ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Əgər Ermənistan dekonstruktiv mövqeyinə yenidən qayıtmazsa, o zaman normallaşma prosesinin uğurla gedəcəyinə ümid etmək olar.

İkinci bir tərəfdən, İranla da münasibətlərimiz düzəlir. Ayrı-ayrı vaxtlardan ortaya çıxan anlaşılmazlıqlar və gərginlik artıq həllini tapır. Əlbəttə, bu da regional əməkdaşlıq mühitinə töhfə verən tendensiyadır.

İndi əsas məsələ məhz Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdir. Rəsmi Tbilisi Moskva ilə eyni platformada təmsil olunmaq istəmir. Buna əsas səbəb kimi isə Abxaziya və Cənubi Osetiyanın işğalı göstərilir.

Proseslərin gedişi onu deməyə əsas verir ki, vasitəçilik məsələsində ciddi təcrübəsi olan Ankara Moskva ilə Tbilisi arasında problemlərin aradan qalxmasına kömək edəcək. Ümid etmək olar ki, yaxın gələcəkdə müəyyən irəliləyiş əldə olunacaq.

Ümumiyyətlə, "altılıq platforması"nın həyata keçirilməsi getdikcə daha real məsələyə çevrilir. Xronoloji ardıcıllıq və regionda baş verən geosiyasi proseslər onu göstərir ki, bu, əhəmiyyətli dərəcədə Azərbaycanın atdığı addımlar nəticəsində mümkün olur.

Beləliklə, Azərbaycan və Türkiyə əslində regionun təhlükəsizliyini təmin edir. Bu isə bölgədə maraqları olan, uzun illər regionla bağlı xain planlar quran dövlətlərin Cənubi Qafqaza müdaxilə imkanlarını azalda, uzunmüddətli və davamlı sabitlik üçün şərait yarada bilər.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Bu gün, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Bu gün, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Bu gün, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Bu gün, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Bu gün, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Bu gün, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Bu gün, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Bu gün, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Bu gün, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Bu gün, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Bu gün, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Bu gün, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Bu gün, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR