11-10-2023, 17:55 1420

ATƏT-də Azərbaycana qarşı mina terroru barədə hesabat təqdim olunub

ATƏT-də Azərbaycana qarşı mina terroru haqqında hesabat təqdim olunub.

"AVESTA.AZ"un xəbərinə görə, bu gün ATƏT-in ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbir keçirilib.

Tədbirin moderatoru Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin onda bir hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb. 44-günlük müharibənin bitməsindən sonra da Azərbaycan ərazilərində Ermənistan tərəfindən yeni minalar basdırılmasını qeyd edən natiq bunu rəsmi Yerevanın sülh ritorikasında riyakarlığın göstəricisi kimi dəyərləndirib. Ermınistanın bu qeyri-qanuni fəaliyyəti nəticəsində təkcə son 2 ildə 300-dən artıq azərbaycanlının mina terrorunun qurbanı olduğunu vurğulayan E.Iskəndərov, yalnız məhdud miqyaslı anti-terror əməliyyatı nəticəsində Qarabağda mina terroruna son qoymaq üçün tam şərait yarandığını qeyd edib.

Tədbirdə “Minaların insan haqlarına dağıdıcı təsiri” mövzusunda ilkin tədqiqatın hesabatını təqdim edən İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo, Qarabağın minalarla çirkləndirilməsinin humanitar faciə miqyaslı olduğunu bildirərək, bunun nəticəsində Azərbaycanın Avropada ikinci ən çox mina ilə çirkləndirilmiş ölkə olduğunu nəzərə çatdırıb. Hesabatın təhlil qismində Ermənistanın apardığı 30 illik mina terroru nəticəsində beynəlxalq ədalət və humanitar hüququn, həmçinin təməl insan hüquqlarını kobud şəkildə pozduğu bildirilib. 700 mindən artıq keçmiş məcburi köçkünün vətənlərinə qayıtmasını əngəlləyən, onların səhhət, iş və təhsil hüququnun kütləvi şəkildə pozulduğunu qeyd edən A.Stanqo beynəxlaq insan hüquqları mexanizminin işə salınmasını, minalardan zərər çəkmiş Azərbaycan vətəndaşlarına təzminatın ödənilməsinin təmin olunmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən ANAMA-nın idarə rəisi Ramil Əzizov işğaldan sonra Qarabağda görülən mina təmizləmə işlərindən danışaraq, indiyə qədər 2636 hektar ərazidə 30 minə yaxın piyada əleyhinə, 17 mindən çox tank əleyhinə minanın aşkar edilərək zərərsizləşdirdiyi haqda məlumat verib, bu irimiqyaslı mina təmizləmə əməliyyatlarının əsasən, Azərbaycanın öz daxili imkanları hesabına həyata keçirdiyini vurğulayıb.

2018-ci ildə “Minadan azad Cənubi Qafqaz” regional kampaniyasını təsis etmiş, LİNKS Avropa Fondunun icraçı direktoru Denis Sammut öz çıxışında mina təmizləmə sahəsində regional əməkdaşlığın, qarşılıqlı etimadın yaranması üçün tarixi imkan yaratdığını bildirib. O, Avropa İttifaqını bu sahədə bölgəyə, xüsusilə, Azərbaycana irimiqyaslı mina təmizləmə işində əməli dəstək göstərməyə çağıraraq, bunun beynəlxalq tərəfdaşların regionda dayanıqlı sülhün təmin edilməsinə xidmət edəcəyini qeyd etdi.

Tədbir iştirakçıları daha geniş ekspertlər qrupunun iştirakı ilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində mina qurbanlarının hüquqlarının bərpa edilməsi istiqamətində beynəlxalq mexanizmin işə salınması üzrə konkret təklifləri ehtiva edəcək məruzənin hazırlanması və BMT-yə təqdim olunması haqqında təşəbbüslə çıxış etdilər.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR