
Londonda üç yəhudi məktəbi Fələstin və İsrail arasında münaqişənin kəskinləşməsindən sonra antisemitizm hadisələrinin artması fonunda təhsil fəaliyyətini dayandıracaq.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə Britaniyanın Sky News telekanalı təhsil müəssisələrinin məktəblilərin valideynlərinə göndərdiyi məktuba istinadən xəbər yayıb.
Məktubda məktəblərin oktyabrın 16-dək bağlı qalacağı vurğulanıb.
Britaniya məktəblərinin administrasiyasının bildirdiyinə görə, bu, uşaqların təhlükəsizliyinin maraqları naminə edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.